magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat
bakalavriat səviyyəsi üzrə
:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat
1.3. orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat”.
1.2. Aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində
əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət
sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq,
ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik
nailiyyətlərinə görə bu Sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş
məbləğlərdə ödənilsin.”.
1.3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili
müəssisələrində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı
saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata ke-
çirilir.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin
tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasını 2 ay
müddətində hazırlayıb təsdiq etsin;
2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncamın 1-ci hissəsi 2016-cı il fevralın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 noyabr 2015-ci il.
Dostları ilə paylaş: |