Tibb Universitetində elmi-
praktik konfrans
Tibb Universitetinin Tədris Terapevtik
Klinikasında Azərbaycan Tibb Universitetinin
Kardioloji Akademiyasının (ATUKA) növbəti
toplantısı keçirilib.
Toplantını giriş sözü ilə açan
Tədris Terapevtik Klinikanın di-
rektoru, professor Surxay Mu-
sayev zala toplaşmış və kardio-
logiya sahəsində müvəffəqiyyət
qazanmış hər kəsi salamla-
yaraq tədbirə olan böyük ma-
rağı yüksək qiymətləndirdi.
O, ATUKAnın qısa zamanda
cəmiyyətdə özünə mühüm yer
tutduğunu vurğuladı, həkimlərin
tibb sahəsinin yeniliklərinə qar-
şı böyük marağını alqışladığını
söylədi. Surxay Musayev bu
günlərdə ölkəmizə səfərə gələn
və əslən azərbaycanlı olan, ha-
zırda Amerika Birləşmiş Ştatlarında fəaliyyət
göstərən pulmonoloq, professor Əmir
Şərəfxanini tədbir iştirakçılarına təqdim etdi.
Tədris Terapevtik Klinikanın ÜrəkDamar
Mərkəzinin rəhbəri dosent Fərid Əliyev də
çıxış edərək Azərbaycan Tibb Universite-
tinin Kardioloji Akademiyasının yaranma
tarixindən və yaradılma məqsədindən da-
nışdı. “Birlikdə müzakirə edək “ devizi altın-
da bu günədək 3 görüşün uğurla baş tutdu-
ğunu və günbəgün ATUKAya kardioloqların
marağınının artdığını söylədi. O, bu günkü
toplantının “Yuxu apnesi” mövzusunda ola-
cağını, noyabr ayından etibarən isə 3 aylıq
“aritmologiya
məktəbinə”
start veriləcəyini bildirdi.
Məktəbdə 52 ayrı möv-
zuda dərslərin keçiriləcəyini
və bu günədək keçirilmiş
ən uzun müddətli kurs ola-
cağını vurğuladı. ATUnun
beynəlxalq əlaqələr üzrə
prorektoru dosent Rəhimə
Qabulova da tədbirə böyük
marağı Tibb Universitetinin
uğuru adlandırdı və ölkəmizə
ilk dəfə səfər edən professor
Əmir Şərəfxaniyə uğurlar ar-
zuladı.
Əmir Şərəfxani də öz növbəsində
Azərbaycana səfərindən çox məmnun oldu-
ğunu, bu cür görüşlərin davamlı olmasının
vacıbliyini vurğuladı. Qonaq öz çıxışında
yuxu pozğunluqlarını pasiyentlərin müayinə
nəticələri üzərində aparılmış araşdırmalar-
la diqqətə çatdırdı. Yuxu pozğunluqlarının
səbəblərini, əlavə risk faktorlarını açıqladı.
Toplantı yerli həkimlərin sualları və diskus-
siyaları ilə davam etdi.
Dostları ilə paylaş: |