Tibb Universitetinin Kardioloji
Akademiyasının toplantısı
ATU-nun
Onkoloji
Klinikasında
Amerikanın Tennessee Universitetinin
Tibb Elmləri Mərkəzinin direktoru,
professor Alvo Veir “Yoğun bağırsaq
xərçəngi” mövzusunda mühazirə oxudu.
Mühazirədən əvvəl professor Alvo Veir
akademik Əhliman Əmiraslanovla görüş-
dü. Görüşdə akademik Ə.Əmiraslanov
belə mühazirələrin və qarşılıqlı fikir müba
diləsinin həkimmütəxəssislər, o cümlədən
rezidentlər üçün əhəmiyyətli olduğunu bil-
dirdi. Akademik Ə.Əmiraslanov həmçinin
ATUnun Onkoloji Klinikası haqqında da
qonağa məlumat verdi. “Onkoloji klinikamız
100 çarpayılıqdır. Onkologiya sahəsində
elə əməliyyat yoxdur ki, bu klinikada icra
olunmasın”.
Qonaq, professor Alvo Veir Bakını çox
sevdiyini, burada olmaqdan məmnun oldu-
ğunu bildirdi.
Qeyd edək ki, professor Alvo Veir Amerika
Birləşmiş Ştatlarının Dövlət Departamen-
ti tərəfindən maliyyələşdirilən “Fulbright
mütəxəssis proqramı” çərçivəsində Bakıya
gəlib. Professor 3 həftə ərzində ATUnun
bütün klinikalarında mühazirələrlə çıxış
edəcək.
Dostları ilə paylaş: |