http://www.amu.edu.az
16 noyabr 2015-ci il
4
1918-ci il 28 may tarixində Azərbaycan
Xalq Cümhuriyyəti öz müstəqilliyini elan
edərək Şərqdə ilk demokratik təsisatlara
söykənən hüquqi dövlət olduğunu nümayiş
etdirdi. Məhəmməd Əmin Rəsulzadə isə
istiqlalımızı elan edən Milli Şuranın sədri idi.
Həmin il iyunun 21-də dövlət bayrağının təsisi
haqqında ilk qərar qüvvəyə minir və qırmızı
rəngli bayrağımızda üzərində ağ rəngli ayp-
ara və ağ rəngli səkkizguşəli ulduz təsvir olu-
nurdu. Bugünkü dövlət bayrağımız isə 1918-ci
ilin noyabrın 9-da cümhuriyyət hökumətinin
iclasında qəbul edilmişdir. Üçrəngli milli
bayrağımız isə böyük milli ideoloqumuz Əli
bəy Hüseyinzadənin vaxtilə irəli sürdüyü
“Türkçülük, islamçılıq və müasirlik” ideoloji düs-
turu əsasında hazırlandı. Milli bayrağımız göy,
qırmızı, yaşıl və üzərində aypara və səkkizguşəli
ulduz şəklində təsdiqləndi. İstiqlalımızın elan
olunmasından, tanınmasından tutmuş, dövlət
strukturlarının yaranması, milli atributların
ərsəyə gəlməsi, xaric ölkələrə gənclərin təhsil
almağa göndərilməsi, beynəlxalq konfranslarda
ölkəmizi təmsil etməsi, sonralar diasporumuzun
qurulması da daxil olmaqla bütün sahələrdə
Məhəmməd Əmin Rəsulzadənin bir siyasi lider
kimi fəallığı və həlledici təsiri olmuş və bir sıra
məsələlərdə hətta prinsipiallığı və qətiyyəti
ilə seçilmişdir. Onun fəaliyyət istiqamətlərinə
diqqət yetirdikdə sabit və yüksələn xəttin bütün
ömrü boyu onu izlədiyi üzə çıxır. Həmişə alov-
lu, arqumentli çıxışları ilə auditoriyanı ələ alan
M.Ə.Rəsulzadə 1918-ci ilin dekabrın 7-də parla-
mentimizin təntənəli açılışında məşhur çıxışını
etmiş və demişdir: “... müstəqil Azərbaycanı
təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli
qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti
və müasir Avropa iqtidari-əhrarınəsini təmsil
edən bu üç boyalı bayraq daima başlarımızın
üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış
bayraq bir daha enməyəcəkdir”.
70 illik ədalətsizlikdən sonra, müstəqil
Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet
əsarətindən qurtulmağımıza bir il qalmış,
1990-cı il noyabrın 17-də Naxçıvan Mux-
tar Respublikası Ali Məclisinin qərarı ilə
Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud
olan üçrəngli bayraq Muxtar Respublikanın
Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il
oktyabrın 18-də isə müstəqillik haqda Konsti-
tusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız
Azərbaycan Respublikasının dövlət bayrağı
kimi yenidən dalğalanmağa başlayıb.
Hər il noyabrın 9-u Azərbaycanda Dövlət
Bayrağı günü kimi qeyd edilir. Bu gün
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9
noyabr qəbul etdiyi ilk bayraqla bağlıdır. Dövlət
Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin
105-ci maddəsinə edilən əlavəyə görə, bu
bayram ölkədə qeyri-iş günü olan bayramların
siyahısına daxil edilib.
Bakıda
Dövlət
Bayrağı
Meydanının
yaradılması barədə sərəncam Prezident İlham
Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də
imzalanıb. İlk Dövlət Bayrağı Günü isə 2010-cu
ilin noyabrın 9-da qeyd olunub.
9
noyabr Azərbaycan Üçrəngli
Bayrağının yaranması günüdür.
1918-ci ilin noyabrın 9-da qəbul
edilmiş bu bayraq bu gün müstəqil
Azərbaycan Respublikasının rəsmi
dövlət bayrağıdır.
Dostları ilə paylaş: