- Azərbaycanda donor toxum hüceyrəli bankı
mövcuddurmu?
- Donor toxum hüceyrələri bankı EKO metodunu tətbiq
edən ayrı-ayrı özəl klinikalarda var. Bu halda donor toxum
hüceyrələri vitrifikasiya edilir (dondurulur), sonradan EKO
proqramlarında istifadəsi edilir.
- Nə üçün EKO zamanı adətən əkizlər doğulur?
- EKO proqramında hamiləlik şansını artırmaq məqsədilə
uşaqlıq borusuna bir neçə embrion köçürülür. Son vaxtlar
iki embrion olur. Embrionların implantasiyası ilə əlaqədar
çoxdöllü hamiləlik yaranır.
- EKO cəhdlərinin sayı barədə müəyyən tövsiyələr
varmı?
- Xarici tədqiqatlara əsasən EKO proqramının keçirilməsi
cəhdlərində konkret miqdar məhdudiyyəti yoxdur. Əldə
olan məlumatlara görə, EKO cəhdlərinin sayı artdıqca,
hamiləlik ehtimalı artır. Lakin dördüncü və sonrakı
cəhdlərdən sonra hamiləlik ehtimalı azalır. Bu halda ər-
arvad övladlığa uşaq götürmək barədə fikirləşməlidir.
Dostları ilə paylaş: |