Doyunca yatmamaq
qadınlarda böyrəklərin
disfunksiyasına səbəb olur
Bu yaxınlarda Niderland krallığının
Utrext şəhərində “Tibb Təhsilinin
Situasiyaya Bağlı Klinik Əsaslandırma
vasitəsilə müasirləşdirilməsi” adlı
kitabı İngilis və Azərbaycan dillərində
işıq üzü görmüşdür.
Qeyd etmək lazımdır ki, bu, Situa-
siyaya Bağlı klinik əsaslandırma me-
todikasına dair Azərbaycan dilində
çap olunmuş ilk dərslik olub, Aİ TEM-
PUS programının MUMEENA layihəsi
çərçivəsində, adı çəkilən qurumun
Təhsil və Mədəniyyət üzrə İcraçı
Agentliyinin maddi dəstəyi ilə ərsəyə
gəlmişdir. Kitabın müəllifləri Utrext
Universitetinin professoru Olle Ten
Kate, həmin universitetin əməkdaşı
Mariya Van Lon, Gürcüstanın Tbilisi
Dövlət Tibb Universitetinin professoru G.Simoniyadır.
Kitabın Azərbaycan dili versiyasının redaktorları ATU
nun Terapevtik və pediatrik Propedevtika kafedrasının
dosenti Rəhimə Qabulova və I cərrahi xəstəliklər ka-
fedrasının dosenti Nadir Zeynalovdur.
Layihənin yerli koordinatoru, ATUnun Beynəlxalq
Əlaqələr
üzrə
prorektoru
Dos
R.Qabulova
müsahibəsində bildirib ki, Situasiyaya Bağlı klinik
əsaslandırma (SBKƏ) Azərbaycan Tibb Universi-
tetinin 3 il müddətində iştirakçı olduğu MUMEENA
layihəsi çərçivəsində Respublikamızda Tibb təhsili
sahəsində ilk dəfə tətbiq olunmuş tədris metodika-
lardandır. 2013cü ilin iyun ayında Nederland Krallığı
Uterxt Universitetinin professoru Olle Ten Kate və Ma-
riya Van Lon universitetimizin tələbəmüəllim heyətinə
həmin metodika üzrə təlim keçiblər və 201415 ci
tədris ildən SBKƏ I Cərrahi Xəstəliklər kafedrasında
uğurla tətbiq edilir.
2015ci ilin dekabr ayında SBKƏ metodikası üzrə
təlimlərin davam etdirilməsi və I Cərrahi Xəstəliklər
kafedrasının bu sahədə müsbət təcrübəsinin yayılma-
sı planlaşdırılır.
Dostları ilə paylaş: |