Fizikal müayinə:
►
xəstənin tənəffüsü səthidir
►
vəziyyəti məcburidir (önə əyilmiş)
►
təngnəfəslik, hərarətin yüksəlməsi
►
auskultasiyada ürək tsiklinin müxtəlif fazalarında (sistola və ya
diastolada) perikardın sürtünmə küyü eşidilir, bəzən ikili küy ola
bilər. Küy lokaldır, pis ötürülür, dəyişkəndir, döş qəfəsinə
stetoskopla təzyiq etdikdə güclənir
Laborator-instrumental müayinələr:
►
EKQ zamanı kəskin dövrdə ST intervalının elevasiyası, T dişinin
1-2 gün ərzində inversiyası Mİ-ni xatırladır. Lakin bu zaman ST
seqmentinin elevasiyası yuxarı qabarmış, konkordant, 3-4 mm-ə
qədər və əsasən standart aparmalarda olur, Q dişi olmur, T dişinin
inversiyası 5 mm-ə qədər olur. Ekssudativ perikarditdə dişciklərin
voltajının azalması, bəzən mənfi T dişləri müşahidə edilir.
►
Döş qəfəsinin rentgenoloji müayinəsi zamanı ekssudativ perikarditdə
ürək ölçülərinin böyüməsi, ürək konturlarında ürəyin pulsasiyasının
itməsi, perikardın kirəcləşmə əlamətləri
►
ExoKQ perikard boşluğunda mayenin olmasını aşkar edir
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
15
►
Laborator diaqnostikada leykositoz, EÇS artması
Dostları ilə paylaş: |