8
DİAQNOSTİKA
Anamnez
Ağrının başlanğıcı və inkişafı haqqında təfsilatlı məlumatın
toplanması mühüm əhəmiyyət kəsb edir. Bu zaman ağrının
lokalizasiyası, xarakteri, davametmə müddəti, irradiasiyası, ağrını
meydana çıxaran, ağırlaşdıran və yüngülləşdirən amillərə, onu
müşayiət edən əlamətlərə (bayılma – Mİ, AATE, aortanın laylanan
anevrizması); tənəffüs aktı ilə əlaqəsi (nəfəsalma zamanı ağrının
artması – plevrit, perikardit, pnevmotoraks, əzələ, sümük-oynaq
xəstəlikləri), təngnəfəslik, öskürək, boğulma, qanhayxırma (ürək, ağ
ciyər patologiyası), ürəkbulanma, qusma, disfagiya, requrgitasiya
(mədə-bağırsaq patologiyası), həyəcan, tərləmə, hiperventilyasiya,
zəiflik (psixi patologiya) və s.) xüsusi diqqət verilməlidir.
Xəstənin vəziyyətinin proqnostik cəhətdən qiymətləndirilməsində
ağrıların işemik və qeyri-işemik xarakterinin müəyyənləşdirməsinin
mühüm əhəmiyyəti vardır.
Keçirilmiş və hazırda mövcud olan xəstəliklər (arterial
hipertenziya (AH), Marfan sindromu, anemiya, sistem qırmızı qurd
eşənəyi və s.) haqda məlumat toplanılmalıdır.
Residivləşən və ya davamlı ağrı sindromu zamanı
provokasiyaedici amillər (məs. bədənin düzgün olmayan vəziyyəti ilə
əlaqədar olması və s.) aşkar edilməlidir. Ağrının əmələ gəlməsinin
şəraitini aydınlaşdırmaq lazımdır. Bu, travmalar, üzün müddətli
antifizioloji vəziyyət, xüsusən xəstənin professional fəaliyyəti ilə
əlaqədar meydana çıxan vəziyyətlər (ağırlıq qaldırması, uzun müddət
avtomobil idarə etmə və s.), o cümlədən uzun müddətli, adət
edilməmiş fiziki gərginlik, ağır yükün daşınması, kəskin hərəkətlər,
ümumi və yerli soyuqlama ola bilər. Trigger nöqtələrinin blokadaları,
qeyri-steroid iltihab əleyhinə maddələrin qəbulunun effekti nəzərə
alınmalıdır.
Ağrının əmələ gəlməsində psixi amillərin (keçirilmiş emosional
stresslər, panika, həyəcan, qorxu hissi, apatiya) rolu nəzərə
alınmalıdır. Yaş və cins kimi amillərin nəzərə alınması mühüm
əhəmiyyət kəsb edir (kürək nahiyəsində ağrıların qadınlarda
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
9
osteoporoz mənşəli, kişilərdə onkoloji xəstəliklər nəticəsində
meydana gəlməsi mümkündür).
Dostları ilə paylaş: