Fizikal müayinələr:
►
Xəstənin emosional vəziyyəti nəzərə alınmalıdır.
►
Vizual müayinə zamanı döş qəfəsi, onurğa sütunu və süd vəziləri
nəzərdən keçirilir; aterosklerozun xarici əlamətlərinin olub-
olmaması (ksantomalar, ksantelazmalar, buynuz qişada senil
həlqə, arteriyaların sərtləşməsi və qalınlaşması), herpetik
səpgilərin olması və s., aşağı ətraflarda venaların varikoz
genəlmələrinin olub-olmaması müəyyənləşdirilir.
►
Nəbz bud və mil arteriyalarında, arterial təzyiq (AT) aşağı və
yuxarı ətraflarda təyin olunur.
►
Bədən hərarəti ölçülür.
►
Döş qəfəsinin palpasiyası (ağrılı (trigger) nöqtələrin, qabırğa
sınıqlarının, onurğa xəstəliklərinin təyini) və perkussiyası aparılır.
►
Ürəyin və döş qəfəsinin auskultasiyası (ürək tonlarının dəyişməsi,
əlavə ürək tonları, küylərin – əlavə tənəffüs küylərinin, məs.
plevranın sürtünmə küyünün – aşkar olunması) aparılır.
►
Döş qəfəsinin, yuxarı ətrafların palpasiyası: əzələlərdə zəiflik,
atrofiyalar, gərginlik, hissiyyatın pozulması, lokal ağrılılığın
olması qiymətləndirilir.
Dostları ilə paylaş: |