Protokolun məqsədləri:
►
Döş qəfəsində ağrı sindromunun mümkün səbəblərinin
araşdırılması;
►
Diaqnozun tez müəyyənləşdirilməsinin zəruriliyini həkimlərin
nəzərinə çatdırmaqla arzuolunmaz nəticələrin qarşısının alınması;
►
Tibb müəssisəsinə müraciət etmiş xəstələrə ilkin mərhələdə
aparılacaq müayinə və ilk yardım sxeminin, müayinə və
təxirəsalınmaz yardım taktikasının təklif olunması.
ÜMUMİ MÜDDƏALAR
Döş qəfəsində ağrı sindromu gündəlik tibbi təcrübədə ən çox rast
gəlinən hadisələrdəndir. Bu sindromun (xüsusən ürək nahiyəsində
ağrının) differensial diaqnostikası müəyyən çətinliklərlə bağlı olsa da,
xəstələrə vaxtında və adekvat ilk yardımın göstərilməsi, lazımi müayinə
və müalicə taktikasının seçilməsində mühüm əhəmiyyət kəsb edir.
Epidemiologiya
Döş qəfəsində ağrı, əsas şikayət kimi ambulator müraciətlərin
demək olar ki, 1-2%-ində təsadüf olunur. Bu sindromun səbəbi əksər
hallarda kardioloji patologiya ilə bağlı olmasa da, nəzərə alınmalıdır
ki, ürək-damar xəstəlikləri inkişaf etmiş ölkələrdə ölümün əsas səbə-
bini təşkil edir
5
. Məhz buna görə də döş qəfəsində ağrının ciddi və ya
qeyri-ciddi səbəbdən meydana çıxmasını araşdırmaq olduqca
mühümdür, bunun üçün isə diaqnostik və proqnostik sualların
aydınlaşdırılması zəruridir.
Döş qəfəsində ağrı sindromunun epidemiologiyası ambulator və
təxirəsalınmaz yardım şəraitindən asılı olaraq fərqlidir.
Təxirəsalınmaz yardım şöbələrinə döş qəfəsində ağrı ilə müraciət
etmiş xəstələrin 50%-ində miokard infarktı (Mİ), qeyri-sabit
stenokardiya, ağ ciyər arteriyasının tromboemboliyası (AATE) və
ürək çatışmazlığı kimi kardioloji vəziyyətlər aşkar edilir. Lakin
ambulator şəraitdə bu şikayətlə müraciət etmiş xəstələrdə əksər
hallarda əzələ-sümük patologiyaları, mədə-bağırsaq xəstəlikləri,
gərginlik stenokardiyası, panik pozulmalar və ya digər psixiatrik
vəziyyətlər, ağ ciyər xəstəlikləri aşkar edilir
5
.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
7
Təsnifat
Döş qəfəsində ağrı aşağıdakı patologiyalar zamanı meydana çıxa
bilər
4
:
Dostları ilə paylaş: |