“Dünyada ağciyər nəqli” mövzusunda konfrans keçirilib



Yüklə 9,95 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix02.01.2022
ölçüsü9,95 Mb.
#1385
1   2   3   4   5   6   7   8   9   ...   22
Gənclər arasında tibbi 

maarifləndirməyə ehtiyac var


15 dekabr 2014-ъц ил

http://www.amu.edu.az

3

D

ekabrın 10-da Tədris 

Terapevtik 

Klini-

kanın  iclas  zalında 

xalqına ləyaqətlə xidmət et-

miş  istedadlı  alim,  bacarıq-

lı  səhiyyə  təşkilatçısı,  tibb 

elmləri  doktoru,  professor 

Əzəm  Təyyar  oğlu  Ağaye-

vin 70 illiyinə həsr olunmuş 

elmi konfrans keçirildi. 

Konfransı  açan  universitetin 

rektoru,  millət  vəkili,  akademik 

Əhliman  Əmiraslanov  nurlu  si-

ması ilə yaddaşlarda qalmış ali-

min qısa, lakin mənalı və şərəfli 

həyat yolundan söhbət açdı.  O, 

dedi  ki,  Əzəm  müəllimin  əmək 

fəaliyyəti çox gərgin və çətin ol-

muş,  aspirantlıqdan  assistent, 

dekan  müavini,  dekan  və  pro-

rektorluğa qədər pillə-pillə ucal-

mış,  bu  illər  ərzində  çox  böyük 

hörmət, nüfuz sahibi olmuşdur.

İki  il  onunla  birlikdə  çalışdığı-

nı qeyd edən  rektor bildirdi ki, 

Əzəm  müəllim  xatirəmdə  son-

suz qədər xeyirxah və alicənab 

bir insan kimi qalıb. Onun  hansı 

vəzifələrdə  çalışmasından  asılı 

olmayaraq özünü son dərəcə iş-

güzar,  məsuliyyətli  və  bacarıqlı 

təşkilatçı kimi göstərib,   haqq-

ədalət  tərəfdarı  olub,  ən  çətin 

problemləri tez bir zamanda us-

talıqla həll edib. 

Görkəmli  alimin  həyat  və 

fəaliyyəti haqqında ictimai sağ-

lamlıq  və  səhiyyənin  təşkili 

kafedrasının  müdiri,  professor 

Rafiq Çobanov geniş məruzə ilə 

çıxış etdi.

Mərhum alimin ömür yolundan 

söhbət açan natiq dedi ki, pro-

fessor  Əzəm  Ağayev  1944-cü 

il  iyulun  15-də  ölkəmizin  səfalı 

guşələrindən biri olan Yardımlı-

da,  seyidlər  ocağı  kimi  tanınan 

Pirimbel kəndində dünyaya göz 

açıb.


O,  1952-ci  ildə  kənddəki  7  il-

lik  məktəbin  birinci  sinfinə  get-

miş,  lakin  1953-cü  ildə  SSRİ 

Nazirlər  Sovetinin  qərarı  ilə  Pi-

rimbel  kəndi  sərhəd  ərazisində 

yerləşdiyi  üçün  Salyan  rayonu-

nun Qızılağac kəndinə köçürül-

müşdür.  Əzəm  Ağayev  bura-

dakı  7  illik  məktəbdə  təhsilini 

davam etdirmiş və 1962-ci ildə 

Salyan şəhərindəki 2 saylı orta 

məktəbi bitirmişdir.

1963-cü  ildə  N.Nərimanov 

adına  ADTİ-nin  (indiki  ATU) 

müalicə-profilaktika fakültə si nə 

daxil  olan  Ə.Ağayev  1969-cu 

ildə  institutu  fərqlənmə  diplo-

mu  ilə  bitirir.  O,  Elmi  Şuranın 

qərarı  ilə  sosial  gigiyena  və 

səhiyyənin  təşkili  kafedrası-

na  baş  laborant  vəzifəsinə 

göndərilir  və  elə  həmin  il 

müsabiqə  yolu  ilə  kafedranın 

aspiranturasına  qəbul  olur. 

1972-ci  ildə  müvəffəqiyyətlə 

dissertasiya  müdafiə  edərək 

tibb  elmləri  namizədi  alimlik 

dərəcəsi  alır.  1972-76-cı  illərdə 

sosial  gigiyena  və  səhiyyənin 

təşkili  kafedrasına  assistent, 

1976-80-ci  illərdə  baş  müəllim, 

sonra  dosent  seçilir.  1993-cü 

ildə isə Moskva şəhərində dok-

torluq  dissertasiyasını  müdafiə 

edərək tibb elmləri doktoru adı-

na layiq görülür.

Çıxışını davam edən məruzəçi 

bildirdi ki, Əzəm müəllim 1975-

ci  il-dən  1982-ci  ilə  kimi  sa-

nitariya-gigiyena 

fakültəsinin 

dekan  müavini,  1982-85-ci 

illərdə  isə  bu  fakültənin  dekanı 

olmuşdur.  Həmin  illərdə  onun 

təşkilatçılıq  qabiliyyəti  yüksək 

qiymətləndirilir  və  1985-ci  ildə 

institutun  tədris  işləri  üzrə  pro-

rektoru vəzifəsinə təyin edilir.

Ə.Ağayev  1989-cu  ildən  öm-

rünün  sonuna  kimi -1994-cü 

ilin  iyulunadək  sosial  gigiyena 

və  səhiyyənin  təşkili  kafedra-

sına  rəhbərlik  etmişdir.  İşlədiyi 

müddət  ərzində  onun  əməyi 

yetərincə 

dəyərləndirilmişdir. 

O, 1984-cü ildə “ SSRİ səhiyyə 

əlaçısı”  döş  nişanı,  SSRİ  və 

Azərbaycan  SSR-in  səhiyyə 

nazirliklərinin fəxri fərmanları ilə 

təltif olunmuşdur. 

Professor  Ə.Ağayevin 60-dan 

artıq elmi əsəri respublikamızda 

sosial  gigiyena  və  səhiyyənin 

təşkili  elminin  inkişafında  mü-

hüm yerlərdən birini tutur.

Sonra  xatirə  çıxışları  oldu. 

Tədris  Terapevtik  Klinikanın  di-

rektoru,  professor  Surxay  Mu-

sayev,  K.Fərəcova  adına  Elmi-

Tədqiqat Pediatriya İnstitutunun 

direktoru, professor Nəsib Quli-

yev, tibbi profilaktika və tibbi bi-

ologiya fakültəsinin dekanı, do-

sent  Aydın  Məmmədov,  epide-

miologiya  kafedrasının  müdiri, 

professor  İbadulla  Ağayev,  his-

tologiya,  sitologiya  və  embrio-

logiya kafedrasının müdiri, pro-

fessor  Eldar  Qasımov  mərhum 

alimlə bağlı yadda qalan həzin, 

kövrək  xatirələrini dilə gətirdilər, 

onun  insani  keyfiyyətlərindən, 

yaxın  dostluq  və  mehriban 

qonşuluq 

münasibətlərindən 

ətraflı  söhbət  açdılar.  Natiqlər 

vurğuladılar  ki,  o  həm  əxlaqi, 

həm  də  mənəvi  dəyərlərə  ma-

lik    olduqca  saf  və  təmiz  bir 

insan  idi.  Əzəm  müəllim  xalq 

üçün  çalışmağı  özünün  həyat 

amalı  saymış,  xeyirxahlığı, 

vətənpərvərliyi, 

alicənablığı 

ilə  gənc  nəslin  elmə  yiyələnib 

kamilləşməsində əlindən gələni 

əsirgəməmişdir. Məhz elə buna 

görədir  ki,  onun  dünyasını 

dəyişməsindən 20 il keçməsinə 

baxmayaraq ləyaqətli insan, ba-

carıqlı pedaqoq, sədaqətli dost 

kimi indi də hörmətlə xatırlanır.

Sonra alimin oğlu, tibb elmləri 

namizədi Anar Ağayev atasının 

xatirə  işığına  toplaşan  tədbir 

iştirakçılarına  təşəkkür  etdi.  O, 

bu tədbirin təşkilinə görə başda 

akademik Əhliman Əmiraslanov 

olmaqla universitet rəhbərliyinə 

və bütün kollektivə ailələri adın-

dan öz minnətdarlığını bildirdi.

Konfransı  yekunlaşdıran  aka-

demik Ə.Əmiraslanov qeyd etdi 

ki, Əzəm müəllim xeyirxahlıqla-

rı  ilə  onu  tanıyanların  qəlbində 

əbədi  yer  tutub.  Vaxtsız  ölüm 

onu  aramızdan  aparsa  da,  öv-

ladları  üçün  şərəfli  ad  qoyub 

gedib.  Oğlu  Anar  hal-hazırda 

atasının  yolunu  uğurla  davam 

etdirir.  O,  bir  zamanlar  Əzəm 

müəllimin  başçılıq  etdiyi  kafed-

ranın  dosenti  və  stomatologiya 

fakültəsinin dekan müavinidir.


Yüklə 9,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin