Qabil ABDULLAYEV
Rektor tələbələrlə
görüşüb
Dekabrın 2-də Azərbaycan Tibb Universite-
tinin rektoru,millət vəkili, akademik Əhliman
Əmiraslanovun tələbələrlə görüşü keçirilib. Görü-
şün məqsədi tələbələrin fikirlərini dinləmək, onların
üzləşdiyi hər hansı problemi öz dillərindən eşitmək
və qaydasına qoymaqdan ibarət olub.
D
ekabrın 5-də Sudanın
Azərbaycandakı
səfiri
Məhəmməd Aliya’s və
Fələstin səfirliyinin nümayəndəsi
Hussam Lotfi Tibb Universitetinin
qonağı olub. Qonaqlar ATU-nun
xarici tələbələrlə iş üzrə dekanı
Gülər Seyidova ilə görüşüblər.
Görüş zamanı ATU-nun Sudan
və Fələstindən olan tələbələrinin
təhsili, burada onlar üçün yaradılan
şəraitdən söz açılıb. Qeyd olunub ki,
bu tələbələrin daha rahat şəraitdə
təhsilinin təşkili üçün səfirliklərlə daim
əlaqələr yaradılacaq.
Gülər Seyidova hər il universitetə
1000-ə yaxın tələbənin qəbul oldu-
ğunu qonaqların diqqətinə çatdırıb.
Onun sözlərinə görə, hazırda univer-
sitetin 7000-dən çox tələbəsi var və
onlardan
təxminən
1100 nəfəri əcnəbilərdir.
Ümumilikdə
ATU-da
18 ölkənin vətəndaşları
təhsil alır.
Görüş zamanı qonaq-
lara Tibb Universiteti-
nin fəaliyyəti, klinikalar
barədə məlumat verilib.
Qeyd olunub ki, ATU
nəzdindəki
klinikalar
əhaliyə yüksək tibbi
xidmət verməklə ya-
naşı, həm də tədris müəssisəsi kimi
fəaliyyətdədir.
Dostları ilə paylaş: |