Maddə 12. Sığorta müqaviləsinin bağlanması, həmçinin ona əlavələr və dəyiĢikliklər
edilməsi və xitam verilməsi qaydası
12.1. Sığorta müqaviləsi Sığortalının Ģifahi və ya yazılı formada ifadə olunmuĢ ərizəsi əsasında
Sığortaçının Sığortalıya sığorta Ģəhadətnaməsinin verilməsi yolu ilə bağlanır. Sığortalı
Sığortaçıya aĢağıdakı məlumatları verir:
12.1.1. Sığortalının (fiziki Ģəxs olduqda) və Sığorta olunanın adı, atasının adı, soyadı (pasportda
olduğu kimi), doğum tarixi, ünvanı, telefonu;
12.1.2. Sığortalı hüquqi Ģəxs olduqda – onun adı, hüquqi ünvanı, telefonu, bank rekvizitləri,
Sığorta olunanların siyahısı;
12.1.3. Xaricə səfərin baĢlanma və baĢa çatma tarixləri;
12.1.4. Sığorta müqaviləsində nəzərdə tutulan təminatların ərazisinə Ģamil edildiyi ölkələr;
12.1.5. Səfərin məqsədi;
12.1.6. Əgər sığorta olunan xaricə iĢləmək üçün gedirsə, onun sənəti və məĢğul olmaq fikrində
olduğu fəaliyyət növü;
12.1.7. Sığorta olunanın iĢtirak etmək fikrində olduğu idman növü və ya idman yarıĢı;
12.1.8. Sığorta məbləği.
12.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı Özünə məlum olan və sığorta riskini
qiymətləndirmək üçün əhəmiyyət kəsb edən hallar barədə Sığortaçıya məlumat verməlidir.
12.3. Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə Sığortalı (Sığorta olunan) sığorta riskindəki
özünə məlum olan dəyiĢikliklər barədə Sığortaçıya məlumat verməlidir.
12.4. Sığorta müqaviləsi Sığorta olunanın tibbi müayinəsi aparılmadan bağlanır. Sığortaçının
tələbi ilə Sığortalı sorğu vərəqəsini doldurmalıdır.
12.5. Sığorta müqaviləsinin bağlanması faktı Sığortaçı tərəfindən Sığortalıya sığorta
Ģəhadətnaməsinin verilməsi ilə təsdiqlənir. Zəruri olan hallarda eyniləĢdirmə kartı verilir.
12.6. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığorta hadisəsinə aid hissədə həkimləri Sığortaçı
qarĢısında məxfilik öhdəliklərindən azad edir.
12.7. Tərəflərin qarĢılıqlı razılığı ilə sığorta müqaviləsinə əlavələr və dəyiĢikliklər edilə bilər.
12.8. Sığorta müqaviləsinə aĢağıdakı hallarda xitam verilir:
12.8.1. Qüvvədə olma müddəti bitdikdə - sığortanın sığorta Ģəhadətnaməsində (və ya
eyniləĢdirmə kartında) göstərilən son gününün saat 24.00-da
12.8.2. Sığorta olunan sığorta Ģəhadətnaməsində (eyniləĢdirmə kartında) göstərilən sığortanın
sona çatması tarixinin saat 24.00-dan gec olmamaq Ģərti ilə qayıtdıqda (pasportda dövlət
sərhəddinin keçilməsi barədə sərhəd xidməti tərəfindən edilmiĢ qeyd);
12.8.3. Müvafiq hallarda müqavilə ilə nəzərdə tutulan öhdəliklərin Sığortaçı tərəfindən tam
həcmdə yerinə yetirilməsi;
12.8.4. Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuĢ digər hallarda.
12.9. Tərəflərdən birinin yazılı bildiriĢinə əsasən (həmçinin digər tərəfin sığorta müqaviləsinin
Ģərtlərini yerinə yetirməməsi ilə əlaqədar) Azərbaycan Respublikasının qüvvədə olan
“ Meqa Sığorta “ ASC Səfər Sığortası
10
qanunvericiliyinin tələblərinə uyğun qaydada Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilə
bilər. Belə halda sığorta haqqının qaytarılması aĢağıdakı qaydada həyata keçirilir:
12.9.1. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə Sığortaçı
müqavilənin bitməmiĢ hissəsinə görə alınmıĢ sığorta haqqını bütünlüklə Sığortalıya qaytarır;
əgər bu tələb sığorta müqaviləsinin Sığortalı tərəfindən pozulması+ ilə bağlıdırsa, sığorta haqqı
çəkilmiĢ xərclər çıxılmaqla müqavilənin qurtarmamıĢ müddəti üçün sığorta haqqını qaytarır;
12.9.2. Sığorta müqaviləsinə Sığortalının tələbi ilə xitam verildikdə Sığortaçı müqavilənin
bitməmiĢ hissəsinə görə alınmıĢ sığorta haqqının (Sığortaçının qüvvədə olan lisenziyasına
müvafiq olaraq iĢin aparılması xərclərinin çıxılması Ģərti ilə) Sığortalıya qaytarır; əgər
Sığortalının tələbi sığorta müqaviləsinin Sığortaçı tərəfindən yerinə yetirilməməsindən irəli
gəlirsə, Sığortaçı sığorta haqqını tam həcmdə qaytarır;
12.9.3. Sığorta olunanın sığorta müqaviləsində göstərilən ölkəyə getmək üçün vizası olduğu
halda o, bu ölkəyə getmədikdə və həmçinin getməmək barədə Sığortaçıya sığorta müqaviləsində
göstərilən sığorta müddəti sona çatdıqdan sonra məlumat verdikdə sığorta haqqı geri qaytarılmır.
12.9.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə sığorta haqqı yazılı bildiriĢ
alındıqdan sonra 5 (beĢ) bank günü ərzində qaytarılır.
Dostları ilə paylaş: |