Quliyev Fərəc İbrahim oğlu



Yüklə 341,48 Kb.
Pdf görüntüsü
səhifə1/108
tarix02.01.2022
ölçüsü341,48 Kb.
#1514
  1   2   3   4   5   6   7   8   9   ...   108


Quliyev Fərəc İbrahim oğlu

1962-ci il dekabr ayının 22-də Ordubad rayonunda anadan olub.

1980-cı   ildə   orta   məktəbi,   1986-cı   ildə   Azərbaycan   Dövlət   Tibb

İnstitutunu   bitirib.   1989–1993-cü   illərdə   Azərbaycan   Xalq   Cəhbəsi

Ordubad   rayon   şöbəsinin   sədri,   1993-cü   ildə   isə  Azərbaycan   Xalq

Cəhbəsi İcraiyyə komitəsinin sədri, Ə.Elçibəyin 1-ci müavini olmuşdur.

1990-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş,

Demokratik   Blokun   üzvü   olmuşdur.   Siqnator   deputatdır-1991-ci   ildə

Parlamentdə qəbul olunmuş “Müstəqillik aktı”nın müəlliflərindəndir.

Azərbaycanda   ilk   dəfə   Ordubad   rayonu   ərazisində   5   sərhəd

zastavasını rus ordusundan təhvil alıb milliləşdirilməsinin, bu ərazidəki

bütün   Sovet   ordusuna   məxsus   əmlak,   silah   və   texnikanın

milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik etmişdir.

1990-cı il Yanvar qırğınından sonra Bakıda rus işğalçılarına qeyri-

leqal dirəniş üçün Güney Azərbaycandan olan hərakatçıların da iştirakı

ilə yarım hərbi "Qisas" təşkilatı formalaşdırmışdır.

1989-cu ildə Sərhəd Hərəkatının ideoloq və təşkilatçılarından biri

olmuşdur.   Naxçıvanda   ən   yüksək   zirvədə,   Ermənistanla   sərhəddə,

mübahisəli  ərazidə yerləşən "Soyuq" adlı Uzaq Şərqə nəzarət edən

radiolokasiya sistemi qurulmuş hərbi hissəni 1991-ci il dekabrın 17-də

rus-erməni hərbi birliklərindən 24 nəfərlə birlilkdə ələ keçirmişdir. İndi

orada Azərbaycan milli ordusunun hərbi hissəsi yerləşib. Bu əməliyyat

itkisiz ötüşsə də 5 nəfər döyüşçümüzün ayaqlarını soyuq aparmış və

müxtəlif   hissələrdən   amputasiya   olunmuşdur.   Bu   əməliyyata   görə

prezident Ə.Elçibəy tərəfindən "milli qəhrəman" adına layiq görülsə də,

bu addan imtina etmişdir.

Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə

–könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir.

1995-ci   ildən   2002-ci   ilə   qədər   siyasi   məhbus   kimi   həbsdə

olmuşdur.   Məhbəsdə   3   kitab   və   elmi-nəzəri   məqalələr   yazmışdır.

Məhbəsdən   çıxdıqdan   sonra   Anqlosaks-Türk   Assambleyasını

yaratmış, bu təşkilatın prezidenti seçilmişdir.

1



2002-ci   ildə   Hollandiyada   Dünya   Azərbaycanlıları   Konqresinin

idarə   heyəti   üzvü   və   sədr   müavini   seçilmiş,   2003-cü   ildən   DAK

Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur. 

2005-ci   ildə   Milli   Dirçəliş   Hərəkatını   (MDH)   formalaşdırmış,

07.05.2005-ci   il   tarixdə   1-ci   qurultayda   Milli   Dirçəliş   Hərəkatı

Partiyasının sədri seçilmişdir.

"Yeni   Dirçəliş"   qəzetinin   təsisçisidir.   Güney   Azərbaycanda

yayımlamaq   üçün   "qəzet   içində   qəzet"   layihəsində   "Təbriz"   qəzetini

təsis etmiş, "Yeni Dirçəliş" qəzeti ilə birgə çapını reallaşdırmışdır.

“Şito-Ryu   Karate   Do”   federasiyasının   fəxri   prezidentidir.

"Sportivnaya   Rossiya"   Beynəlxalq   Döyüş   Sənəti   festivalında

Azərbaycan   yığma   komandasına   xüsusi   dəstəyin   təşkilinə   görə

beynəlxalq sertifikata və medala layiq görülüb.

7 noyabr 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası

Milli   Məclisinə   keçirilən   seçkilərdə   31   saylı   Suraxanı   II   seçki

dairəsindən   millət   vəkili   seçilmişdir.   Milli   Məclisin   Təhlükəsizlik   və

Müdafiə Komitəsinin üzvüdür.

“Avronest” Parlament Assambleyasında Azərbaycan nümayəndə

heyətinin üzvüdür.

Azərbaycan-Belçika,   Azərbaycan-Ukranya,   Azərbaycan-Türkiyə,

Azərbaycan-Gürcüstan,   Azərbaycan-Qazaxıstan,   Azərbaycan-

Moldova,  Azərbaycan-Latviya,  Azərbaycan-Ruminiya   parlamentlərinin

dostluq qruplarının üzvüdür.

Beynəlxalq qurum olan “Parlament üzvlərinin korrupsiyaya qarşı

Qlobal   Təşkilatı”   (GOPAC)   üzvüdür,   Azərbaycan   Yazıçılar   Birliyinin

üzvüdür. 




Yüklə 341,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin