Azərbaycan Respublikası Milli Məclisinin deputatı Quliyev
Fərəc İbrahim oğlu 5 illik parlament fəaliyyəti dövründə keçirilmiş
114 iclasda 105 təkliflə çıxış etmişdir.
Çıxışların təklif hissələrinin bir qismini ixtisarla veririk:
Sosial məsələlər ilə bağlı təkliflər:
Əmək haqlarının artırılması və yaşayış minimumunun
istehlak səbətinə uyğunlaşdırılması təklifi
- İstehlak səbətinin dəyəri 167 manat civarındadır. Ona görə də
əhalinin əsas sosial –demoqrafik qrupları üzrə yaşayış minimumun
məbləği ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat,
pensiyaçılar üçün 87 manat müəyyən olunması qətiyyən doğru deyil.
Yaşayış minimumu haqqında müəyyən olunmuş məbləğlər istehlak
səbətinə uyğun deyil və 15% bahalaşmanı da nəzərə alaraq əmək
haqqı artırılsın.
Dostları ilə paylaş: |