Mən savaşdan qorxub Qarabağdan vaz keçmək istəyənlərə
müraciət edirəm: Qətiyyən mənə səs verməyin!
Mən Qurandan bir stat gətirmək istəyirəm: “Savaşın. Sizinlə
savaşanlarla savaşın”. Biz savaşacağıq. Mən güman edirəm ki,
Azərbaycan öz torpaqlarını özü almalıdır. Geri qaytarmalıdır. Mən bir
keçmiş döyüşçü kimi bildirirəm ki, mən prezident olaramsa hətta ordu
bir tərəfə əgər Azərbaycan cəmiyyəti günün birində Dağlıq Qarabağda
partizan müharibəsi edərsə, mən onun qarşısını kəsmərəm. Ona
dəstək verərəm, maddi yardım verərəm, silah, paltar verərəm və
özümdə Ali Baş Komandan olaraq, bir əsgər kimi onlarla bir yerdə
döyüşərəm. Qarabağ savaşdan keçən bir vasitə ilə geri qaytarılacaqdır
və mən inanıram ki, bu savaşı Azərbaycan qazanacaqdır.
Mən Bütöv Azərbaycan insanlarına müraciət edirəm. Biz
hakimiyyətə gələriksə mütləq hakimiyyətdə barışa söykənən bir sabitlik
olacaqdır. Ölkənin birliyi düşüncə birliyindən keçir. Ölkənin gücü
birliyindən keçir. Bizdə parçalanma, bölünmə olarsa, ölkə xarici ölkələr
qarşısında zəif duruma düşər. Biz dəmir iradə ilə, ciddi əzim ilə bütün
bu dediklərimizi həyata keçirəcəyik.
Mən xalqımın qalan hissəsi ilə birlikdə ciddi bir addımlarla
gələcəyə gedəcəyimizə inanıram. Azərbaycan xalqı hər şeyi özü həll
etmək imkanına malikdir. Mən inanıram ki, Sizinlə biz Azərbaycanın
gələcəyini quracağıq.
64