Mən bir qrup insanları mənə səs verməməyə çağırış edirəm!
Mən Azərbaycana dost olmayan ölkələrin baltasına sap olanlara
mənə səs verməyin deyirəm. Əgər mən hakimiyyətə gələrəmsə, kimsə
Azərbaycanın müstəqilliyi əleyhinə addım ata bilməz və mən onun
qarşısında dayanaram. Mən müstəqilliyin təminatçısı kimi çıxış edərəm
və belə insanların və qrupların Azərbaycanın müstəqilliyinə xələl
gətirməsinə imkan vermərəm. Mən Azərbaycanda etnik, dini və s.
bölücülüklə bağlı çağırış edənlərə də səslənirəm: Mənə səs
verməyin!
Çünki mən Bütöv Azərbaycan düşüncəsini hakimiyyətə gətirəcəm
və nəinki Azərbaycanda yaşayan, dünyanın hər yerində yaşayan bütün
azərbaycanlılara, bütün həmvətənlərimizə sahib çıxacam. Mən
inandırıram ki, Azərbaycanın bütün imkanları var ki, hətta Güney
Azərbaycandakı Milli Azadlıq Hərəkatına dəstək versin, gələcəkdə milli
62
hədəfimiz olan Bütöv Azərbaycana çatsın. Bu mənim xəttimdir. Buna
görə bölücülərin mənə səs verməyinin heç bir əhəmiyyəti yoxdur.
Dostları ilə paylaş: |