Mən ölkəyə saxta dərmanlar, ucuz və keyfiyyətsiz ərzaq
məhsullarını gətirib baha qiymətə satan adamlara səslənirəm:
Qətiyyən mənə səs verməyin!
Çünki bununla siz ölkəmizdə körpələri, ahılları, qocaları
zəhərləyirsiniz, millətimizi pis günə qoyursunuz. Sizin bu tipli pul
qazanmağınız üçün bizim ölkədə yer yoxdur və biz hakimiyyətə
gələriksə bu cür davranışların qarşısını alacağıq. Ölkəmin kifayət
qədər iqtisadi imkanları varki ölkəmizdə ən yaxşı dərmanı xəstələrimiz
istifadə etsin. Ən yaxşı ərzaq məhsullarını özümüz həm istehsal edək,
həm də ixracat hücumu edib xarici ölkələrə sata bilək. Bizim belə
imkanlarımız olduğu halda bizim ölkənin insanlarını bu vasitə ilə pul
qazanmaq naminə pis günə qoyanlara bizim hakimiyyətimizdə yer
olmayacaq.
63
|