Quliyev Fərəc İbrahim oğlu



Yüklə 341,48 Kb.
Pdf görüntüsü
səhifə101/108
tarix02.01.2022
ölçüsü341,48 Kb.
#1514
1   ...   97   98   99   100   101   102   103   104   ...   108
İslahatlarla bağlı

-   Mən   hesab   edirəm   ki,     biz   hamımız   ölkəni   yaxşı   mənada

dəyişməkdə   maraqlıyıq   və   bütün   insanların   ortaq   zehniyətinin

olmasına baxmayaraq fərqli yanaşmalar sərgiləməklə məşğuluq. Bu bir

yarışdır və biz öz platformamızı təbii ki, gələn bütün görüşlərdə bəyan

60



edəcəyik. Amma hamı qəbul edər ki, artıq dəyişən və qlobal şərtlər

daxilində   Azərbaycan   siyasətinin   də   prioritetləri   xeyli   dəyişməyə

məhkumdur. Biz düşünürük ki, artıq dünyada siyasi, sosial, mədəni,

iqtisadi münasibətləri tənzimləmək üçün ortaq bir dəyərlər, standartlar

ortaya   çıxıbdır   və   bu   ortaq   standartlardan   kənarda   ada   siyasəti

yürütmək   mümkün   deyil.   Onların   başında   seçki   təbii   ki,   önəmli

məsələdir və ümumiyyətlə siyasət cəmiyyətdə insanların münasibətini,

cəmiyyətin   ehtiyacını   ortaya   çıxarmaq   və   onu   müəyyən   formada

reallaşdırmaq üçün bir sənəd olduğu üçün bu da xalqa aid olan bir

işdir. İdarəetmə də xalqa aid olan bir işdir. Yalnız xalq özü idarəçilərə

bunu   seçki   yolu   ilə   dövr   etdirir   və   siyasətçilər   o   istəkləri   həyata

keçirməyə   başlayır.   Azərbaycanda   demokratik   seçkinin   keçirilməsi

həmin   o   bayaq   dediyim   yeni   regional   şərtlərdə   ortaq   standartlara

bağlıdır və biz məhkumuq ki, ölkədə demokratik seçkinin keçirilməsi

üçün əlimizdən  gələn hər şeyi edək. Azərbaycanda yeni bir zaman,

dönəm   başlayıb.   Mən   düşünürəm   ki,   Azərbaycan   idarə   olunan

müəyyən dövlətlər tərəfindən ikinci dərəcəli dövlət kimi tanınmasından

artıq yeni bi mərhələyə keçməyə tamamən hazırdır və onun haqqıdır

ki,   Azərbaycan   idarə   edən   və   qlobal   şərtləri   diqtə   edən   dövlətlər

sırasına daxil olsun. Bunun üçün bizim çox ciddi gənc potensialımız

vardır, insan nüfuzumuz vardır, qaynaqlarımız vardır və hesab edirik ki,

bundan doğru dürüst istifadə etmək lazımdır. Bunun üçün Azərbaycan

da   cəmiyyətinin   özünün   vəzifələrini   və   gücünü   müəyyənləşdirmək

lazımdır. Bunun üçün hədəfləri bir daha müəyyən eləmək lazımdır və

bunu   həyata   keçirmək   üçün   strateji   davametmə   hərəkətlilik   planını

ortaya   qoymaq   lazımdır.   Bunun   üçün   çox   ciddi   bir   insan   resursuna

ehtiyac vardır ki, bunlar gənclərdirlər. Biz gənclərimizdən doğru dürüst

istifadə   eləsək,   məncə   dediyim   məsələlərin   üzərinə   getmək

mümkündür.   Amma   bunun   üçün   insanlarımıza,   gənclərimizə   sahib

çıxmaq   lazımdır.   Yəni,   bu   insanlar   xaricə   sığınmasınlar,   ölkəni   tərk

eləməsinlər. Ölkədə 27-35 yaş arasında evlənmə həddi olmasın. Bizim

1 600000-dən çox gəncimiz Rusiyada qalmasın. Bununla bağlı mən

təklif   etmişəm   və   indi   də   bəyan   edirəm   ki,   seçkidən   qalib   kimi

çıxaramsa,   mütləq   Azərbaycanın   kənarda   qalan   neft   fondlarının

vəsaitlərinin   Azərbaycana   böyük   əksəriyyətinin   qayıtmasını   təmin

edəcəm. Söhbət nədən gedir? Bilirsiniz ki, Azərbaycan neft fondunun

vəsaitlərinin böyük bir hissəsi xaricdə saxlanır və bu çox kiçik bir faizlə-

3%-lə istifadəyə verilir. Bundan xarici vətəndaşlar yararlanırlar. Nəyə

görə biz bu vəsaiti ölkəyə gətirməyək və  Azərbaycan insanları özləri,

istinasız   olaraq   gənclər,   xüsusən   də   hərbi   hissədən,   əsgərlikdən

qayıdan gənclər bu 3 %-li kreditlərdən istifadə eləməsinlər. Bununla

61



yanaşı   onlara   paralel   olaraq   torpaq   sahələri   verilməklə   şəhər

doğumlular   şəhər   ətrafında,   rayon   doğumlular   rayonlarda   yer

verilməklə həm mənzil məsələsi həll etmək olar, həm də müəyyən iş

qurmasına   şərait   yaratmaq   olar.   Bunu   eləməklə   bir   anda   bir   neçə

məsələni həll eləmək mümkündür axı.

Birinci   1600000   vətəndaşımız   xarici   vətəndaşa   çevrilmiyəcək,

orda qalmaq naminə qarışıq nigahlara girmiyəcəklər. İkinci bir tərəfdən

1600000   qızlarımız   evdə   qarımayacaq.   Bu   insanlar   əyalətdə   gəlib

bolluq,   şəhərdə   ucuzluq   yaradacaqdırlar.   Demoqrafik   vəziyyət

dəyişəcəkdir.   1milyon   övladımız   dünyaya   gələcək.   Bunun   başqada

müsbət tərəfləri vardır və mən hesab edirəm ki, bu gənclik siyasətinin

təkcə   adi   resepsiyada   keçirməklə   ölkəmiz   çox   ciddi   şəkildə   milli

gücünü artıqmaqla qlobal söz sahibinə çevrilə bilər. 

***



Yüklə 341,48 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin