Quliyev Fərəc İbrahim oğlu


Dağlıq Qarabağ siyasəti ilə bağlı



Yüklə 341,48 Kb.
Pdf görüntüsü
səhifə98/108
tarix02.01.2022
ölçüsü341,48 Kb.
#1514
1   ...   94   95   96   97   98   99   100   101   ...   108
Dağlıq Qarabağ siyasəti ilə bağlı

-   Bizim   bir   çox   problemlərlə   yanaşı   təbii   ki,   bunların   üzərində

Dağlıq   Qarabağ   məsələləri   ilə   bağlı   xüsusi   düşüncələrimiz   var.   Biz

hamımız   hər   gün   bu   haqda   düşünürük.   Hesab   edirəm   ki,   hər   bir

Azərbaycan   vətəndaşı   bu   haqda   çıxış   yolları   axtarır.   Onu

qiymətləndirmək   və   bu   problemləri   aradan   qaldırmaq   üçün   bütün

səylərini   ortaya   qoymaqda   da   məncə   səfərbərdir.   Dağlıq   Qarabağ

məsələsi   ağır   məsələdir   və   aydındır   ki,   məsələ   açıq   şəkildə   ifadə

olunanda   təkcə   Ermənistanın   təcavüzü   deyil,   Rusiya   tərəfindən

Azərbaycan   ərazilərinin   işğal   olunması   və   bu   tandemdə   ermənilərlə

birlikdə   Dağlıq   Qarabağı   kontrol   etməyindən   başqa   bir   şey   deyil.

Badalaq   siyasətidir   və   düşünülmüş   şəkildə   Azərbaycanın   inkişaf

eləməsinin   qarşısını   almaq   üçündür.   Həm   də,   İranın   burada   xüsusi

olaraq xidmətləri vardır. Bu dövlətlər Azərbaycanın inkişafının qarşısını

almaq üçün Qarabağ probleminin həll olunmasında qətiyyən maraqlı

deyillər.  Amma   biz   bu   problemi   özümüz   həll   etməliyik.   Təbii   ki,   ən

müxtəlif yollar deyilir, ən müxtəlif vasitələrdən istifadə olunması təklif

olunur və qısa zaman ərzində bütün məsələlərə də toxunmaq mümkün

deyil. Yalnız biz ümumi yanaşmalarla məsələyə münasibətimizi bildirə

bilərik. Düşünürəm ki, günün birində torpaqlarımızı azad etmək üçün

savaşa girəndə ona qədər   bir  neçə iş  görülməlidir  ki,  bunlardan  ən

önəmlisi   hüquqi   cəhətdən   bizim   haqlı   olduğumuzu   sübut   edən

imkanları   ortaya   qoymaq,   göstərməkdən   ibarətdir.   Dünyanın   ictimai

rəyini buna  hazırlamaqdan ibarətdir.  Ondan  başlayım  ki, mən qəbul

eləmirəm   ki,  Azərbaycan   hökuməti   bu   günə   qədər   Dağlıq   Qarabağ

münaqişəsinin   adını   Azərbaycan-Ermənistan-Dağlıq   Qarabağ

münaqişəsi kimi təqdim edir. Məncə bu yanlışdır. Azərbaycan unitar

dövlətdir   və   Azərbaycan   ifadəsinin   içərisində   Azərbaycanın   bütün

əraziləri gedir. Yəni dağlıq qarabağı ayrıca subyekt kimi təqdim etmək

Azərbaycanın zərərinə işləyir. 

İkinci,   müzakirələrdə   ermənilər   tərəfindən   dəfələrlə   status

məsələsi  ortaya   atılanda  onların  yadlarına   salınmır   ki,  ATƏT-in   ilkin

mandatına görə Dağlıq Qarabağ ətrafında olan ərazilər boşaldılmamış,

status məsələsi müzakirə mövzusu ola bilməz. 

57



Üçüncü,   Ermənistan   parlamenti   tərəfindən   Dağlıq   Qarabağın

Ermənistana birləşməsi haqqında qərar var. Onun qüvvədən salınması

haqqında fikirlər bildirilmir.

Mən hesab edirəm ki, bu yanaşmaları ona görə ortaya qoymaq

lazımdır ki, ilkin danışıqlarda hansı formada olursa olsun əlimizdə olan

sənədlər,   beynəlxalq   təşkilatların   qəbul   elədiyi   sənədlər,   beynəlxalq

qanunların imkan verdiyi məqamlardan istifadəni kifayət qədər normal

edək.


Azərbaycanın   BMT-də   Təhlükəsizlik   Şurasında   qeyri-daimi   üzv

kimi iki illik vaxtı vardır. Bu müddətdə bu məsələlər orada qaldırılmalı,

idiki   ən   azından   BMT-nin   dörd   qətnaməsinin   həyata   keçməsi   üçün

BMT   nizamnaməsinin   7-ci   maddəsinə   görə   məcburetmə   qaydaları,

məcburetmə mexanizmi işə salınmalı idi. Orada 41 və 42-ci maddələr

vardır, qeyri-hərbi və hərbi sanksiyalar ilə Ermənistan təcavüzkar ölkə

olaraq   müəyyən   məsələlərə   məcbur   edilməli   idi.   Bu   indiyə   qədər

olunmayıbdı. Biz bu imkanı orada buraxmışıq və mən hesab edirəm ki,

bundan sonra da bir çox məsələlər vardır ki, biz zamanı buraxmadan

bu məsələlərin üzərinə getməliyik və müəyyən iş bölgüsü aparılmalıdır.

Mən   hesab   edirəm   ki,   Qarabağ   məsələsinin   həlli   yalnız

Azərbaycanın   iç   güclərindən   keçir.   Ermənilərlə   danışmağın   heç   bir

mənası yoxdur. Çünki, Ermənistan təcavüzü əvvəlcədən planlaşdıran

bir   siyasət   yürüdür   və   bu   da   Azərbaycan   və   Türkiyə   torpaqlarının

hesabına bir böyük Ermənistan qurmaq istəyindəndir. Azərbaycan öz iç

güclərini toplamaq üçün bir neçə məsələni mütləq həyata keçirməlidir.

Əvvəla   Azərbaycanda   hakimiyyətdə   olan   partiya   ilə   bütün   ictimai

təşkilatlar   arasında   bir   memorandum   imzalana   bilər   ki,   burada

Qarabağ məsələsinin həllinin çərçivəsi göstərilə bilər ki, hakimiyyətin

dəyişməsindən   asılı   olmayaraq   o   problemlər   və   o   problemə

yanaşmalar  eynilə  qalacaqdır  və  heç  kim  bu məsələdən  sui-istifadə

etməyəcəkdir.   İkinci,   müttəfiqlərimizlə   münasibətlərimiz   tam   aydın

olmalıdır   və  üçüncü,   nəhayət   ki,   bu   təkcə  hakimiyyətin   öz   işi  deyil,

müxalifətin özünün də məsələyə yanaşması tamamən aydın olmalıdır.

Müxalifətin funksiyaları ortada olmalıdır. 

Mən   hesab   edirəm   ki,   əgər   biz   özümüz   toparlanarıqsa   və

Azərbaycanda bütün milli güclər bir araya gələrsə hətta Rusiya açıq

şəkildə   belə   məsələyə   müdaxilə   edərsə   bizə   heçnə   edə   bilməz.

Azərbaycanın milli gücü, resursları Azərbaycan insanları o imkanlara

malikdir ki, istənilən gücün qarşısında dayansın. Biz haqlıyıq və bütün

bayaq sadaladığım beynəlxalq qanunları, qəbul olunmuş qətnamələri,

beynəlxalq strukturların gücünü və iç güclərini toparlayaraq məsələni

həll eləmək imkanına malikik.

58



***


Yüklə 341,48 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin