yaxşı mütəxəssislərimiz ölkəni tərk etmək məcburiyyətində qalıblar.
eyni gücə malik olan mütəxəssislərimiz kənarda qalıbdır və öz
imkanlarımızdan istifadə edə bilmirik. Onlar ölkədən qovulmayıblar,
amma onları münasibət məcbur edib ki, ölkəni tərk etsinlər.
Əgər, bir müəllimin, həkimin və yaxud da hər hansı bir məmurun
kiçik məbləğdə rüşvət almasının koorrupsiya faktı kimi qarşısının
almasından söhbət gedirsə, bu məsələni inzibati qaydalarla aradan
qaldırmaq prinsipi, problemin həllinə kifayət etməyən bir yanaşmadır.
Əgər bir müəllim, həkim ya 150AZN civarında əmək haqqı alırsa və
ailəsini ac saxlamaq üçün işindən istifadə edərək vətəndaşlardan 5-10
manat aldığı üçün, koorrupsiya adı altında sabah cinayətkara çevrilirsə
bu daha çox hakimiyyətin yanlışıdır. Biz insanlarımıza sahib çıxmalıyıq,
onları gözü qıpıq etməməliyik. Məmurlarımız da eyni aqibəti yaşayırlar.
Onlara da sahib çıxmaq lazımdır və düşünürəm ki, onun üçün nə
qədər gec deyil mütləq kadr bankı yaranmalıdır. Ölkəmizdən kənarda
olan bütün ziyalılarımız, müəllimlərimiz, yaxşı mütəxəssislərimiz,
həkimlərimiz o kadr bankında keyfiyyətləri göstərilməlidir. Bu kadr
bankına Borçalı doğumlu, Dərbənd doğumlu, Güney Azərbaycan
doğumlu insanlarımız da daxil olmalıdır. İnsanlarımız bağrımıza
basılmalıdır və onların potensialından istifadə etmək bizim ən vacib
şərtlərdən biridir.
İsrail kiçik bir dövlətdir. Ərazisi bizim itirdiyimiz ərazilərdən kiçikdir.
Ərazisindən bir ədəd çay belə axmayan, heç bir yeraltı və yerüstü
sərvəti olmayan, Şimali Afrikadan daş kömür gətirib enerji istehsal
edən bu dövlətin illik büdcəsi 177 milyard avro civarındadır. Yalnız
intelekt səviyyəsinə, insanlardan istifadə etmək bacarığına görə əldə
edib bu nəaliyyəti. Marqetaunun bir təsnifatı var: “Bir ölkənin yeraltı,
yerüstü qaynaqları varsa, coğrafi imkanları yaxşıdırsa, bütün hərşeyi
varsa, amma insan amilindən doğru istifadə olunmursa bütün əvvəki
sadaladığım qaynaqların heç bir əhəmiyyəti olmaz”. O mənada mən
insanlarımıza sahib çıxmağımızın çox vacib olduğunu düşünürəm.
Əgər bizim insanlarımıza sahib çıxmağımız qaydasında olmazsa
bizim insanlarımıza başqaları sahib çıxacaq. Bir millət əsgərinə sahib
çıxmazsa onun torpaqlarına düşmənlər sahib çıxar. Bir millət ziyalısına
sahib çıxmazsa onda onun beyninə başqa millətlərin və düşmən
dövlətlərin zehniyyəti doldurular.
Biz insanlarımızdan imtina etməli deyilik və onlara sahib
çıxmalıyıq. Adamlarımıza sahib çıxmaq çox da çətin məsələ deyil.
Müəllimlərimizin, alimlərimizin durumunu dəyişmək çox asan
məsələdir. Mən büdcə ilə bağlı parlamentdə də məsələlərə
toxunmuşdum. Elmlər Akademiyasına 74 milyon manat vəsait ayrılırsa
bu gülməli bir rəqəmdir.
53
Mən Polşada oldum orda təkcə bir Universitetə 120 milyon Avro
vəsait ayrılmışdır. Mən Volskidən soruşdum ki, bu qədər vəsaiti bir
universitetə niyə ayırıblar? Adam dedi ki, biz Avropa təsisatlarına kadr
hazırlayırıq. Təsəvvür edin ki, keçən il onların səyi ilə Polşaya 78
milyard Avro əvəzsiz vəsait verilib. Yəni insana qoyulan investisiyanın
ən azından maddi cəhətdən də əvəzi ödənilir.
Biz insanlarımıza dəyər verməliyik, onların əvəzini də almağı
yaxın zamanlarda görəcəyik. Nə böyük şeydir ki, bizim müəllimlərin
vəsaitini artırmaq. Təkcə küçələrin, şəhərin bərpası adı altında
israfçılığa yol verilən vəsaiti toplasan 3-4 dəfə artıq müəllimlərə,
həkimlərə pul vermək imkanı yaranar.
Adamlar boğazından kəsib uşaq oxutdururlar və birdə hardasa
kirayə qalmaq pulu verirlər. Nə böyük şeydir ki o tələbələr üçün
hüdudların salınması, tələbə şəhərciyinin salınması, onların bir yerdə
güvənli şəkildə yaşamasını təmin eləmək, orda idman meydançaları ilə
təmin eləmək?
Bunları eləmək mümkündür və sadəcə bunu istəmək lazımdır. Biz
əgər bu addımları atarıqsa qısa zaman ərzində insanlarımız vətənə
qayıdarsa onda çox ciddi nailiyyətlər əldə edə bilərik.
Eyni zamanda biz insanlarımızın xaricin əlində qalmasına,
vəsaitlərinin orda qalmasının qarşısını almaq üçün proqramlar
hazırlamalıyıq.
Bütün sadalananların içərisində dövlətimizə qarşı yalnışları
olanlar da var. Məncə onlar üçün də amnistiya olmalıdır. Kənarda
olan, mühacirətdə olan, hər hansı bir xətalar buraxmış bütün
insanlarımızı amnistiya edib ölkəyə qaytarmaq lazımdır. İnsan
potensialını bir yerə qoyub iç güclərə söykənməliyik. İç güclərimizə
söykənəriksə, biz millətimizin dərdlərini qısa zaman ərzində həll edə
bilərik. Qarabağ probleminin də həlli buradan keçir, ölkənin ərzaq
təhlükəsizliyinin həlli də buradan keçir və millətimizin inkişaf etmə
məsələsi də buradan keçir. Mən bütün bunların həyata keçməsi üçün
etimadınızı qazanaramsa müəyyən proqramları həyata keçirəcəyəm.
***
Dostları ilə paylaş: