Azərbaycan Respublikasında keçirilən 2013-cü il Prezident
Seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının prezidentliyə
namizədi, partiya sədri, millət vəkili Fərəc Quliyevin İctimai
Televiziyanın canlı efirində səsləndirdiyi hakimiyyət
konsepsiyalarından, layihələrdən və təkliflərdən çıxarışlar:
İqtidar-müxalifət münasibətləri ilə bağlı
- Biz hakimiyyətə gəldiyimiz dövrdə bütün partiyalara normal
şərait yaradacağıq. Biz çalışacağıq ki, fikirlər boğulmasın, imkan
verəcəyik rəqabət aparılsın. İnsanlar və partiyalar hamısı bərabər bir
səviyyədə olmalıdır. Bizim düşüncəmiz də budur ki, cəmiyyətin
inkişafında partiyalar çox ciddi bir ünsürdür və bu partiyalar üçün
bərabər şərait yaradılmalıdır, rəqabət olmalıdır, dünyagörüşlər
toqquşmalıdır. Ən yaxşı fikirlər ortaya çıxmalıdır və yaxşı fikirlər ölkə
üçün tətbiq olunmalıdır. Biz öz baxışlarımızda gecikən ədalətin belə
ədalətsizlik olduğunu düşünürük.
***
Dostları ilə paylaş: |