Quliyev Fərəc İbrahim oğlu


Avronest   Parlament   Assambleyası   Vilnusda   keçiriləcək



Yüklə 341,48 Kb.
Pdf görüntüsü
səhifə89/108
tarix02.01.2022
ölçüsü341,48 Kb.
#1514
1   ...   85   86   87   88   89   90   91   92   ...   108
Avronest   Parlament   Assambleyası   Vilnusda   keçiriləcək

sammitə təkliflər (Belçika. 29.05.2013)

- Avronest Parlament Assambleyasının fəlsəfəsi əməkdaşlıqdırsa,

əməkdaşlığın   özünün   hədəfi   də   təhlükəsizlikdir.   Buraya   iqtisadi

təhlükəsizlik,   ərzaq   təhlükəsizliyi,   sərhədlərin   toxunulmazlığı,   ərazi

bütövlüyü, suverenliyin qorunması və s. aiddir. Dünən cənab Fulenin

konseptual   bir   çıxışı   oldu   və   o,   həm  Aİ-nin   prioritet   və   hədəflərini

göstərdi   və   həm   də   Şərq   tərəfdaşlarının   Avropa   təsisatlarından

gözləntilərini   soruşdu.   Şərq   tərəfdaşları   təbii   ki,   əməkdaşlıqda

maraqlıdır. Amma şərq tərəfdaşlarının yerləşdiyi bölgədə münaqişələr

varsa   və   bu   münaqişələr   öz   həllini   tapmırsa   hansı   əməkdaşlıqdan

danışmaq mümkündür? Bu yalnız işğal altında olan Şərq Tərəfdaşlığı

ölkələrinin   işğal   olunmuş   ərazilərinin   işğaldan   azad   olunması

müqabilində   reallaşa   bilər.   BMT   tərəfindən   tanınmış   sərhədlərə,   o

cümlədən   Şərq   Tərəfdaşlığı   ölkələrinin   sərhədlərinə   hörmətlə

yanaşılmalı və ümumi səylərlə Azərbaycan və Gürcüstanın pozulmuş

ərazi   bütövlüyü   bərpa   olunmalı,   işğalçı   ordular   bu   ölkələrin

ərazilərindən çıxarılmalıdır.

Avropa   təsisatları   yoxsulluğun   səbəblərini   araşdırmaq   və   onu

aradan qaldırmaq istiqamətində təkliflər verirsə, Şərq Tərəfdaşlığı Aİ

və   tərəfdaşları   arasında   sonrakı   iqtisadi   inteqrasiyaya   və   dərin   və

hərtərəfli azad ticarət zonaları şəbəkəsi qurmaq istəyirsə Ermənstanın

Azərbaycanın   ərazilərini   işğal   etməsinə   və   Rusiyanın   Gürcüstanın

ərazilərini işğal etməsinə, Ukraynada, Moldovadakı süni münaqişələrə

göz   yummamalıdır.   Bütün   bunlarınsa   Rusiya   ilə   birbaşa   əlaqəsini

göstərməkdən çəkinməməlidir. Bütün bu süni münaqişələrin müəllifinin

Rusiya   olduğunu   kim   bilmir?   Bu   münaqişələr   həll   olunmadıqca

Rusiyanın istəkləri daha da artır. Dünən Rusiyanın Avrasiya blokunu,

çəkinərək əməkdaşlıq projesi kimi təqdim edənler bilməlidirlər ki, bu

əməkdaşlıq platforması yox, Rusiyanın imperiya ambissiyası və revanş

cəhdidir.

49



Mən   bütün   bunları   nəzərə   alaraq   Vilnus   sammitində   Şərq

Tərəfdaşları ölkələrində Rusiyanın süni şəkildə yaratdığı münaqişələrin

müzakirəsi   və   həll   olunma   reseptinin   tapılmasını   təklif   edirəm.   Əks

təqdirdə   Şərq   Tərəfdaşları   ölkələrində   əhalinin   Avropa   təsisatlarına

inamına böyük zərbə dəyəcəkdir.

***



Yüklə 341,48 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin