Avronest Parlament Assambleyasının iclasında “2012-2013-
cü illər üçün nəzərdə tutulmuş fəaliyyətinin planlaşdırılması və
hazırlığı” mövzusunda verilən təklif (05.04.2012)
- Avronest Parlament Assambleyasının 2012-2013-cu illər üçün
nəzərdə tutulmuş fəaliyyətinin planlaşdırılması və hazırlığında Cənubi
Qafqazdakı münaqişələrə yanaşmalarda redaktələr etməsini
məqsədəuyğun sayıram.
Bölgədəki münaqişələr Cənubi Qafqazda real əməkdaşlıq
imkanlarını əngəlləyir. Münaqişələrin həlli prosesində Aİ aktiv siyasət
aparmalı, ilk növbədə ittifaqın Şərq Tərəfdaşlığında iştirak edən
ölkələrin əməkdaşlığına süni əngəlləri aradan qaldırmaq üçün
təşəbbüsü üzərinə götürməlidir. Çünki, həm Gürcüstan, həm
Azərbaycan, həm də Ermənistan Avropa Birliyinin Şərq Tərəfdaşlıq
Proqramının üzvüdür və köhnə qitəyə inteqrasiya olunmağa çalışır.
İkincisi, Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar
üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis olunub. İndilikdə, Ermənistan-
Azərbaycan münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur.
ATƏT üzv dövlətləri 1974-cü il Helsinki Aktına əməl etməyə
həvəsləndirmək üçün potensial imkana malikdir. Lakin, ATƏT səhv
olaraq Dağlıq Qarabağ ətrafında mübahisə adlandırılan Ermənistan-
Azərbaycan müharibəsinin həlli barədə müzakirələrdə forum rolunu
oynayır.
***
Dostları ilə paylaş: |