Quliyev Fərəc İbrahim oğlu


Avronest   Parlament  Assambleyası   Sosial   məsələlər,   Təhsil



Yüklə 341,48 Kb.
Pdf görüntüsü
səhifə83/108
tarix02.01.2022
ölçüsü341,48 Kb.
#1514
1   ...   79   80   81   82   83   84   85   86   ...   108
Avronest   Parlament  Assambleyası   Sosial   məsələlər,   Təhsil,

Mədəniyyət və Vətəndaş Ccmiyyəti Komitəsinin iclasının hesabat

layihəsinə etdiyi təkliflər (Strasburq. 02.04.2012)

- Qəbul edilən sənədin real işləməsi üçün təklflər:

43



(1)   A   bəndi.   Mədəni   irsin   qorunmasını   və   inkişaf   etdirilməsini

labüd   sayır,   müxtəlifliyi   qorumaq   üçün   etnik   təmizləmələri,   işgal

olunmuş ərazilərdə zorla köçürülmüş aborogen xalqların mədəniyyət

abidələrinin dağıdılmasını yolverilməz hesab edir.

(2) Paraqraf- 2. Regional dialoqun əməkdaşlıq və təhlükəsizlikdə

əhəmiyyətini  qeyd  edir   və  dialoqda   tərəf   olan   vətənindən  qovulmuş

insanların reportasiyasını vacib sayır.

(3)   Paraqraf-   2.   Bu   çağırışa   mane   olan   hərəkətlərin   və

hərəkətsizliyin aradan qaldırılması üçün beynəlxalq qurumların qəbul

etdiyi sənədlərin icrasına çağırır.

(4) Paraqraf- 13. Yerli özünü idarəetmədə iştirakın təmini, seçkili

orqanlara   seçmək   və   seçilmək   üçün   yaşayış   yerlərindən   zorla

qovulmuş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını zəruri sayır.

(5)   Paraqraf-   17.  Avropa   birliyinin   cənub   və   şərq   qonşularına

maliyə   yardımı   ayrıldıqda   münaqişə   bölgəsində   tərəfdaşlardan   hər

hansı   birinin  ərazi  bütövlüyünü  pozan  və  suverenliyinə  xələl  gətirən

dövlətlərə bu yanaşma tətbiq olunmur.

(6) Paraqraf- 18. Aİ qonşuluğu ərazisinin bir hissəsi olduğu halda

qonşuları ilə bağlı işğal və yerli əhalini məcburi deportasiya siyasəti

həyata keçirən ölkələrlə dərin və hərtərəfli azad ticarət zonası və digər

öhdəliklər   barədə   danışıqlar   aparmasının   məntiqsizliyini   vurğulayır;

qeyd   edir   ki,   bu   beynəlxalq   qanunlara   göz   yumulması,işğal   faktına

biganəlik kimi dəyərləndirilir və pis pressedent yaradır.

Və sonda Zakaryana verdiyi cavab:

Qarabağda doğulan ermənilər burada 2000 il də yaşaya bilərlər,

hətta   Bakıda   belə   iyirmi   mindən   artıq   erməni   yaşayır.  Azərbaycan

dövləti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ da daxil olmaqla işğal

olunmuş   Azərbaycan   ərazilərindən   işğalçı   ordu   çıxdıqdan   sonra

Azərbaycan özünün erməni əsilli vətəndaşlarının bütün , o cümlədən

yaşayış hüquqlarını müdafiə etməyə hazırdır.

***


Yüklə 341,48 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin