Quliyev Fərəc İbrahim oğlu


İkinci hisssədə komitənin iclasında müzakirə olunan sənədə



Yüklə 341,48 Kb.
Pdf görüntüsü
səhifə80/108
tarix02.01.2022
ölçüsü341,48 Kb.
#1514
1   ...   76   77   78   79   80   81   82   83   ...   108
İkinci hisssədə komitənin iclasında müzakirə olunan sənədə

yeni bir bəndin də əlavə olunmasını təklif etdi:

-   Sənəddə   göstərilsin   ki,  “bölgədəki   münaqişələr   Cənubi

Qafqazda real əməkdaşlıq imkanlarını əngəlləyir. Münaqişələrin həlli

prosesində   AB   aktiv   siyasət   aparmalı,   ilk   növbədə   ittifaqın   Şərq

Tərəfdaşlığında   iştirak   edən   ölkələrin   əməkdaşlığına   süni   əngəlləri

aradan qaldırmaq üçün təşəbbüsü üzərinə götürməlidir.”

AB Cənubi  Qafqazda  konfliktlərin  həlli  istiqamətində  beynəlxalq

təşəbbüsü üzərinə götürmədən, mövcud formatlarla vəziyyəti yaxşıya

dəyişmək çətin olacaq. Çünki, həm Gürcüstan, həm Azərbaycan, həm

də Ermənistan Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramının üzvüdür

və köhnə qitəyə inteqrasiya olunmağa çalışır. İkincisi, Avropa Birliyinin

Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi

vəzifəsi təsis olunub.

AB Cənubi  Qafqazda  konfliktlərin  həlli  istiqamətində  beynəlxalq

təşəbbüsü   ələ   almalı,   eyni   zamanda   Cənubi   Qafqaz   ölkələrinin   hər

üçünə   ittifaqa   üzvlük   perspektivi   və  bunun   üçün   aydın   “yol  xəritəsi”

verməlidi.   Cənubi   Qafqaz   əhalisi   də   görünən   gələcəkdə   azad,

demokratik   və   zəngin   bölgədə   sosial   rifah   içində   yaşayacaqlarını

görməlidi.Təklif   edirəm   ki,bunun   üçün  AB-nin   himayəsi   altında   yeni

beynəlxalq   konfransın   çağırılması   təmin   olunsun.   Şərq   tərəfdaşlığı

ölkələrində,o   cümlədən   Cənubi   Qafqazda   əməkdaşlığın   real   zəmini

üçün   münaqişələrin   həlli   məqsədi   ilə   yol   xəritəsi   və   formatlar   təklif

olunsun. Münaqişə bölgəsində vəziyyətə və münaqişələrə beynəlxalq

birliyin


 

obyektiv


 

qiymət


 

verməsinə

 

çalışılsın.



AB   müşahidəçi   və   əldə   olunacaq   razılaşmaların   beynəlxalq

təminatçıları kimi iştirak edə biləcəyinə prinsipcə razılığını bildirsin. AB

və BMT arasında sıx əməkdaşlıq transmilli təhlükələrin qarşısını almaq

üçün möhkəm birlik yaradar.

Eyni zamanda , AB yeni format daxilində münaqişə tərəfləri ilə

münaqişənin həlli üçün aktiv siyasi dialoq prosesinin başladılmasına

nail olmalıdır.

***



Yüklə 341,48 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin