(Hələlik həyata keçirilməyib)
***
Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemiylə
bağlı növbəti konseptual təklif
- Qarşıdakı yeni təhsil ili Azərbaycan ali məktəblərinə qəbul üçün
Azərbaycan hökuməti Gürcüstan doğumlu soydaşlarımız üçün bir limit
ayırsın – bu, 50 yer və ya başqa rəqəmlə ifadə oluna bilər. Amma hər
halda biz Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı yerlərin kadr
təminatı üçün addım atmalıyıq. Azərbaycan ali məktəblərinə qəbul
üçün məhz onların arasında bir testin keçirilməsi və limitdə nəzərdə
tutulan sayda ən yaxşılarının seçib, Azərbaycan dövləti hesabına təhsil
verib, təyinatla yalnız oraya göndərilməsini təmin etməliyik.
Dostları ilə paylaş: |