Quliyev Fərəc İbrahim oğlu


Yeravanda   Avronest   Parlament   Assambleyasının   Sosial



Yüklə 341,48 Kb.
Pdf görüntüsü
səhifə79/108
tarix02.01.2022
ölçüsü341,48 Kb.
#1514
1   ...   75   76   77   78   79   80   81   82   ...   108
Yeravanda   Avronest   Parlament   Assambleyasının   Sosial

məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti Komitəsinin

iclasında Sarkisyana verdiyi cavab (22.02.2012)

-   Cənab   Prezident,   əvvəla   onu   bildirim   ki,   sizin   dediklərinizin

əksinə olaraq, Azərbaycan Respublikası BMT TŞ-nin 822, 853, 874 və

884   saylı   qətnamələrinin   icra   edildiyi   və   Ermənistan   Silahlı

Qüvvələrinin     DQ   da   daxil   olmaqla   Azərbaycan   ərazisindən   tam

çıxarıldığı   halda,   DQ-da   yaşayan,   etnik   kökəncə   erməni   olan   öz

vətəndaşları   ilə   birbaşa   danışıqlara   və   onların   bütün   hüquqlarını

müdafiə etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Həm də ATƏT-in

Minsk   qrupunun   ilkin   mandatına   görə   keçmiş   DQMV-nin   inzibati

ərazisindən   kənar   ərazilər   işğaldan   azad   edilməmiş   DQ-nin   status

məsələsi müzakirə edilə bilməz. Azərbaycan münaqişənin danışıqlar

yolu ilə həllinə tərəfdardır. Münaqişənin həlli Azərbaycan ərazilərinin

qanunsuz   işğalına   son   verilməsinə,  Azərbaycanın   suverenliyinin   və

ərazi   bütövlüyünün   bərpasına,   məcburi   köçkünlərin   öz   evlərinə

qayıtmasına və azərbaycanlılarla ermənilərin Azərbaycanın tərkibində

olan   Dağlıq   Qarabağda   dinc   şəraitdə   yaşamasına   əsaslanmalıdır.

Azərbaycan ATƏT-in  hərtərəfli,   kooperativ  və  bölünməz  təhlükəsizlik

konsepsiyasını dəstəkləyir və hesab edir ki, bütün münaqişə tərəfləri

beynəlxalq   hüquqa   hörmət   etməli,   siyasi   məsələlərdə   razılığın

olmaması beynəlxalq hüquqa hörmətsizlik üçün bəhanə kimi istifadə

edilməməlidir.

İkinci,   təklif   edirəm   ki,   AB   Cənubi   Qafqazda   konfliktlərin   həlli

istiqamətində beynəlxalq təşəbbüsü ələ alsın, eyni zamanda Cənubi

Qafqaz ölkələrinin hər üçünə ittifaqa üzvlük perspektivi və bunun üçün

aydın “yol xəritəsi” versin, bunun üçün AB-nin himayəsi altında yeni

beynəlxalq   konfransın   çağırılması   təmin   olunsun.   Şərq   tərəfdaşlığı

ölkələrində,   o   cümlədən   cənubi   qafqazda   əməkdaşlıgın   real   zəmini

üçün   münaqişələrin   həlli   məqsədi   ilə   yol   xəritəsi   və   formatlar   təklif

olunsun. Münaqişə bölgəsində vəziyyətə və münaqişələrə beynəlxalq

birliyin obyektiv qiymət verməsinə çalışılsın.

40




Yüklə 341,48 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin