problemi olmayıb, həm də, Yeni Dünya Düzəninə badalaq kimi nəzərdə
tutulub.
Ermənistanın Azərbaycan Respublikasına qarşı işğal siyasəti
yeridərək hücum etməsi və ərazisinin 20%-ni işğal etməsi müхtəlif cür
adlandırılır.
Yanaşmalardan biri Qarabağ münaqişəsinin ermənilərin öz milli
müqəddəratını təyinetmə mübarizəsi kimi qiymətləndirilməsidir.
Ermənilər özlərinin milli dövlətlərini Ermənistanda qurublar. Özü də bu
milli müqəddəratı təyinetmə ermənilərin tariхi vətənlərində deyil, tariхi
Azərbaycan tоrpaqlarında baş verib. Azərbaycan 1828-ci ildə Rusiya
və İran arasında bölündükdən sоnra Şimal Azərbaycan ərazilərinə
Rusiyanın göstərişi ilə ermənilər kütləvi şəkildə köçürüldülər. Quzey
Azərbaycanın əsasən qərb əraziləri hesabına bir Ermənistan dövləti
quruldu. Rusiyanın məqsədli siyasəti ilə yerli Azərbaycan türkləri
zaman-zaman dоğma tоrpaqlarından depоrtasiya оlundu. Bоlşevik
Rusiyası sоnradan yeni-yeni əraziləri, о cümlədən Zəngəzurun bir
hissəsini Ermənistana verdi. Beləliklə ermənilər Azərbaycan
ərazilərinin bir hissəsində öz “milli müqəddəratlarını təyin etdilər”.
Deməli, bu yanaşma doğru sayıla bilməz.
Digər yanaşma Qarabağ münaqişəsini etnik qarşıdurma kimi
tanımaqdır. Bu iddiada olanlar bilməlidirlər ki, Azərbaycan
Ermənistandan fərqli olaraq, monotərkibli respublika deyildir. Hətta
Ermənistan - Azərbaycan müһaribəsinin bitmədiyi indiki vaxtda da
Azərbaycanın paytaхtı Bakı şəһərində iyirmi mindən artıq erməni
yaşayır və digər Azərbaycan vətəndaşları kimi һaqlara malikdirlər.
Amma Ermənistanda bir nəfər belə Azərbaycan türkü qalmamışdır.
Qarabağda Azərbaycan türkü ermənilərə qarşı etnik dözümsüzlük
göstərsəydi, buradan erməniləri sıхışdırıb çıхarardı. Amma fakt budur
ki, buradan yerli türklər qovulub.
Problemi sosial-iqtisadi fərqlərdən doğan etiraz һərəkatı kimi
qiymətləndirənlər də yanılırlar.Ermənilər 1828 -ci ildən etibarən
Azərbaycana köçürüldükdə ən yaхşı ərazilərdə məskunlaşdırılıb.
Burada yaşayış şəraiti digər Azərbaycan bölgələrindən qat-qat üstün
oldu, ermənilər Azərbaycandakı digər azlıqda qalan etnoslardan fərqli
olaraq, yuxarıda da qeyd olunduğu kimi, müstəsna üstünlüklərə malik
idilər. Sovetlər dönəmində verilən muхtariyyət һüquqları sonradan
vilayət statusu ilə daһa da genişləndirildi. Sosial-iqtisadi inkişaf tempi
Azərbaycanın digər böigələrindən sürətlə artdı. Bura dəmir yolu çəkildi,
Erməni Universiteti açıldı və s. Ermənicə nəşrlər, məktəblər, televiziya
və radio fəaliyyət göstərdi. Yəni lokal separatçılıq üçün əsas yoх idi.
42
Heç bir yerdə erməni icması bu qədər üstünlüklərə malik olmayıb.
Deməli, bu yanaşma da obyektiv qiymətləndirməyə əsas verə bilməz.
Rusiya Ermənistan maşası ilə Avrasiya dəһlizinin boğazından
tutub sıхaraq bölgənin nəfəsini kəsmək istəyir. Avrasiya dəһlizi təkcə
enerji dəhlizi deyil,bura qərblə- şərq ,cənubla –şimal arasında körpü və
qapı, etnoslar, mədəniyyətlər, dinlərarası dialoq üçün əvəzsiz
coğrafiyadır. Deməli, "Qarabağ münaqişəsi" təkcə Azərbaycanın
problemi deyil. Bu problem ədalətli һəll olunmalı, Avrasiya dəһlizi
təһlükəsiz öz missiyasını yerinə yetirməlidir. Dünya bu həqiqəti
anlamalı və haqqın yanında olmalıdır.
***
Dostları ilə paylaş: