Quliyev Fərəc İbrahim oğlu


Avronest   Parlament  Assambleyası   Sosial   məsələlər,   Təhsil



Yüklə 341,48 Kb.
Pdf görüntüsü
səhifə84/108
tarix02.01.2022
ölçüsü341,48 Kb.
#1514
1   ...   80   81   82   83   84   85   86   87   ...   108
Avronest   Parlament  Assambleyası   Sosial   məsələlər,   Təhsil,

Mədəniyyət və Vətəndaş Cəmiyyəti komitəsinin iclası (Strasburq.

02.04.2012)

Komitənin 2012-2013-cu illər üçün nəzərdə tutulmuş fəaliyyətinin

planlaşdırılması və hazırlığı məsələsi ilə bağlı verdiyi təklif:

-   Biz   qarşıdakı   illərdə  Avronestin   daha   da   səmərəli   işləməsini

təmin etmək üçün fəaliyyət proqramında təbii ki, müəyyən dəyişikliklər

etməliyik . Dünyada, o cümlədən Avropada proseslər gözlənildiyindən

44



də   çox   dinamik   olduğuna   görə,   “Böyük   formasiya:   yeni   modellərin

formalaşdırılması”   labüddür.   Bu   deviz   altında   həm   yeni   siyasi

yanaşmalar   hazırlanmalı,   həm   də   günün   əsas   mövzusu   olan   uzun

müddət davam edən iqtisadi böhran şəraitində yeni iqtisadi modellərin

axtarışı   olmalıdır.   Yeni   iqtisadi   modellərin   axtarışı  Avropa   ittifaqında

əməkdaşlıq edən dövlətlərin beynəlxalq qanunlara istinadla, suverenlik

və  ərazi  bütövlüyünə   hörmətə  söykənən  yanaşmasından   keçməlidir.

Avropa   İttifaqı   ilə   Şərq   tərəfdaşlarının   əməkdaşlıq   etdiyi   məkanda

ədalətli   status-kvonun   mövcudluğu   real   nəticələrin   bazasıdır.   Ona

görə, Avropa İttifaqı ilə Şərq tərəfdaşlarının əməkdaşlıq etdiyi bölgədə

ən   azından   Şərq   tərəfdaşlığı   proqramında   iştirakçılar   arasındakı

müharibə   və   münaqişələrə   son   verilməsi   üçün   yol   xəritəsi   tərtib   və

tətbiq

 

olunmalıdır.Əməkdaşlıqla



 

işğalçılıq

 

bir


 

araya


sığmadığından,nəinki   işğalçı   bu   əməkdaşlıq   formatında   qalmalı,

işğalçılara   qarşı   müvafiq   sanksiyalar   tətbiq   olunmalıdır.

İqtisadi müstəvidə isə İqtisadi böhran şəraitində risklərin azaldılması və

idarə   olunması   müzakirə   edilməlidir.   İqtisadi   modellər   məcmusunda

məşğulluq modelləri, innovasiya modelləri, sabitlik, sosial və texnoloji,

ehtiyatlar   modelləri   formalaşdırılmalıdır.   Bunun   üçün,   Avronestin

məşğulluq,   innovasiya,   sabitlik,   sosial   ,   texnoloji,   ehtiyatlar,   artım

altmövzulu   Forum   keçirməsi   məqsədəuyğun   olardı.   Bu   forumun

harada   keçirilməsi   prinsipial   məsələ   deyil,   amma   bu   məsələlərin

müzakirə olunması, məncə çox vacibdir.

***


Yüklə 341,48 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin