adlandırılan bu müharibə təkcə Azəbaycanın problemi deyil.
MübarizəYeni Dünya Düzəni quranlarla, bunu istəməyənlər - şər
üçbucağı arasında gedir.
Bu müharibədir. Böyük Ermənistan proqramını həyata keçirmək
məqsədilə, Ermənistanın Azərbaycana açıq ərazi iddialı müharibəsidir.
Ermənistan һəmişə strateji məqsəd kimi dənizdən-dənizə Böyük
Ermənistanı һədəf seçib. Yəni dövlətin fəaliyyətində, əvvəlcədən
düşünülmüş təcavüzkar niyyət --“animus aggeressionis” siyasəti var.
Amma, bu ölkənin Azərbaycana öz gücü ilə ərazi iddialı hücumu nə
qədər ağlabatandır? Bu güc Rusiya gücüdür. Rusiya Ermənistanın
maraqlarını nəzərə alıb, ondan maşa kimi istifadə edərək, öz
maraqlarını həyata keçirir.
Azərbaycan Respublikası BMT TŞ-nin 4 qətnaməsinin icra edildiyi
və Ermənistan Silahlı Qüvvələrinin DQ da daxil olmaqla Azərbaycan
ərazisindən tam çıxarıldığı halda, DQ-da yaşayan, etnik kökəncə
erməni olan öz vətəndaşları ilə birbaşa danışıqlara və onların bütün
hüquqlarını müdafiə etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdardır.
Təəssüf ki, Ermənistan bunu istəmir.
Buna əsas səbəb isə, bu gün Ermənistan tərəfindən Azərbaycana
qarşı törədilən təcavüz siyasətinin beynəlxalq hüquqi məsuliyyət
baxımından hələ də açıq qalmasıdır.
Azərbaycana qarşı Ermənistanın törətdiyi təcavüz cinayətinə görə
Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT Təhlükəsizlik
Şurasına İspaniya parlamenti müvafiq sənəd ünvanlaya bilər.
Ratifikasiya edilən beynəlxalq hüquqi aktlar, Ermənistanın törətdiyi
təcavüz cinayətinə görə bu ölkənin beynəlxalq hüquqi məsuliyyətə cəlb
edilməsinə tam əsaslar yaradır. Təcavüz aktının bu və ya digər
formasına görə təcavüzkar dövlət BMT TŞ qarşısında birbaşa
məsuliyyət daşıyır. Bu isə BMT TŞ-na təcavüzkar haqqında məcburi
tədbirlərin görülməsi səlahiyyəti verir. Çünki müasir beynəlxalq
hüquqda digər hüquq pozuntularında olduğu kimi, təcavüzə görə də
məsuliyyət restitusiya və reparasiya formasında nəzərdə tutulur. Bunu
əsas götürərək BMT nizamnaməsinin 7-ci fəslinə müvafiq olaraq
məcburiyyət tədbirləri işə salınmalıdır. BMT TŞ istər maddə 41-də
nəzərdə tutulan “silahlı qüvvələrin tətbiqi ilə bağlı olmayan”
sanksiyaları, istər 42-ci maddədə nəzərdə tutulan “hərbi
sanksiyaları”tətbiq etməsi üçün kifayət qədər əsas, o cümlədən BMT-
nin 4 məlum qətnaməsi var. Ona görə də Ermənistanın beynəlxalq
hüquqi məsuliyyəti haqda BMT münasibətini bildirməlidir.
***
47