Quliyev Fərəc İbrahim oğlu


Ermənistan Nümayəndə Heyətinin Avronest PA-nın III Plenar



Yüklə 341,48 Kb.
Pdf görüntüsü
səhifə88/108
tarix02.01.2022
ölçüsü341,48 Kb.
#1514
1   ...   84   85   86   87   88   89   90   91   ...   108
Ermənistan Nümayəndə Heyətinin Avronest PA-nın III Plenar

sessiyasına ünvanladığı məktubuna cavab (29.05.2013)

- Avronest PA-nın III Plenar Sessiyasına təqdim edilmiş məruzə

layihələrinə verilmiş bəzi düzəlişlərlə əlaqədar Ermənistan Nümayəndə

Heyəti sessiyaya ünvanladığı məktubda göstərir ki, Avropa Qonşuluq

regionunda mövcud olan münaqişələr müxtəlif səbəblərə, əsaslara və

tarixə sahibdir. Buna görə də, onlara yanaşma tam fərqli olmalıdır. Biz

bununla   razılaşırıq.   Ermənistan   təcavüzü   əvvəldən   planlaşdıran

(asimus   aqressimus)   dövlətdir   və   böyük   ermənistan   xülyasını   da

gizlətmir,   öz   qonşularının   torpaqlarını   Rusiyanın   köməkliyi   ilə   işğal

edərək böyük ermənistan yaratmağa çalışır.

Dağlıq Qarabağ üzrə danışıqlar prosesində

Baza prinsipləri olaraq

 Güc tətbiq etməmək

 Bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsi

 Ərazi bütövlüyünü tanıdığını bildirir.

Ermənistan nümayəndə heyəti Avronest PA-nı diqqətli olmağa və

Dağlıq   Qarabağ   münaqişəsi   müzakirə   edilərkən   bu   üç   prinsipin

mövcudluğunu  nəzərə  almağa  çağırır.   Ermənistan  bu  üç   prinsipi  də

pozub:

1.   Güc   tətbiq   etməmək   -   Ermənistan   artıq   güc   tətbiq   edərək



Azərbaycanın  Dağlıq  Qarabağ  və  ətraf   ərazilərini  işğal  edib  və  güc

tətbiq etmənin nəticəsi olan indiki status –kvo yaranıb.

2. Bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsi -

Erməni   xalqı   Rusiyanın   köməyi   ilə   Azərbaycanın   qərbində   bir

Ermənistan dövləti yaratmaqla müqəddəratını təyin edib. Ermənistanın

işğal   etdiyi   Dağlıq   Qarabağdan   qeyri-erməni   sakinləri   zorla   çıxarıb

orada qalan və oraya sonradan köçürülən ermənilərin müqəddəratını

təyin etməsi - Bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin

etməsidirmi?   Dağlıq   Qarabağdan   zorla   çıxarılanların   hüquqları   necə

olsun?   Ermənistan   bütün   qeyri   –erməniləri   Ermənistandan   qovaraq

monoetnik   ölkəyə   çevrilib.   Erməni   məntiqi   ilə   ondan   fərqli   olaraq

çoxmillətli dövlətlər bu xalqların sayı qədər dövlətlərəmi parçalansın?

3.   Ərazi   bütövlüyünü   tanıdığını   bildirir.   Azərbaycanın   BMT

tərəfindən   tanınan   sərhədlərini   Ermənistan   tanıyırmı?   Ərazi

bütövlüyünə   guya   hörmət   edən   Ermənistan   BMT-nin   4   məlum

48



qətnaməsinə   əməl   edərək   işğal   etdiyi  Azərbaycan   torpaqlarını   niyə

azad etmir?

Ermənistanın   haqsız   olduğunu   anlayaraq   “həyati   maraqlar

müddəası”nı  qaldıracağı  ilə Avronest  PA-nı  hədələməsi Avronest  PA

çərçivəsində qurmağa çalışdığımız qarşılıqlı inama və etimad mühitinə

zərər yetirmək və təhdiddir. Təcavüzkar Ermənistanın işğal siyasətinə

göz yummaq isə pis ənənənin başlanğıcıdır.

***



Yüklə 341,48 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin