Azərbaycançılıq baxışı özünü təkcə ərazi baxımından ehtiva etmir,
həm də biz insanların bir yerdə səadətə qovuşmasını istəyirik. Biz
görəvimizdir. Mən hesab edirəm ki, hər kəs razılaşar ki, Borçalıda
kəs razılaşar ki, diasporda olub Azərbaycandan ayrı düşmüş
insanlarımıza biz sahib çıxmalıyıq. Mən hesab edirəm ki,
Azərbaycandan kənarda yaşayan, diasporda yaşayan insanlarımız,
xüsusən Güney Azərbaycandan mühacir olmuş insanlarımızın
Azərbaycanda ikili vətəndaşlıq məsələsinə baxılmalıdır, onların burda
mülk almasına, iş qurması üçün şəraitlər yaradılmalıdır. Güneydən
qaçıb gələnlərə Azərbaycanda yaşayan vətəndaşlarının hüquqları
qədər hüquqlar verilməlidir. Çünki indiki prezidentin dediyi kimi bu
Azərbaycan 50 milyonluq azərbaycanlının vətənidir. Biz onlara sahib
çıxmalıyıq. Mən hesab edirəm ki, Qərbi Azərbaycandan qovulmuş
insanlarımıza və onların təzminat davasına sahib çıxmalıyıq. Onların
ana vətənimizə qayıtması üçün tədbirlər görməliyik. Mən hesab edirəm
ki, Qarabağ danışıqlarında bu elementdən Qərbi azərbaycanlıların
ordan qovulması və status məsələsi müzakirə olunanda orda da
onların kompakt yaşaması üçün məsələlər gündəmə gətirilməlidir. Mən
hesab edirəm ki, Azərbaycanda Borçalı insanlarının burada xüsusi bir
statusuna baxılmalıdır. Məsələn, əcnəbi miqrantlar kimi onlar eyni
statusda götürülməməlidir. Onların burada gəlməsi, çalışması üçün
müəyyən tədbirlər görülməlidir. Biz bütün dövlətlərlə, Gürcüstanla
münasibətlətimizi Gürcüstanda yaşayan azərbaycanlılara münasibətlə
ölçməliyik. Biz İran dövləti ilə münasibətimizi, xarici siyasətimizi kimin
nə deməyindən asılı olmayaraq, oradakı 40 milyon insanımıza olan
münasibətə görə ölçməliyik. Əgər onların hüquqları tanınacaqsa,
hörmət olunacaqsa o zaman bizim onlara münasibətimiz normal
olmalıdır. Biz Rusiya ilə də Dərbənddə də yaşayan azərbaycanlılara
qarşı olan davranışa görə münasibətimizi qurmalıyıq. Biz Rusiya ilə
düşmən deyilik, biz Rusiyanın imperiyaçılıq siyasəti ilə düşmənik. Biz
qonşularla düşmən olmaq istəmirik. Ona görə Azərbaycan insanı bütün
məsələlərin məvhərində dayanır və biz Azərbaycan insanlarına sahib
çıxmaq üçün mütləq toparlanmalıyıq və bu məsələlərə münasibətimiz
tamamən fərqli olmalıdır.
***
Dostları ilə paylaş: