Quliyev Fərəc İbrahim oğlu



Yüklə 341,48 Kb.
Pdf görüntüsü
səhifə95/108
tarix02.01.2022
ölçüsü341,48 Kb.
#1514
1   ...   91   92   93   94   95   96   97   98   ...   108
Xarici siyasətlə bağlı

-   Azərbaycanın   xarici   siyasətində   Azərbaycanın   dostları   və

düşmənləri   açıq   şəkildə   bilinməlidir.  Azərbaycan   əvvala     NATO-nun

assosiativ   üzvüdür   və   onun   inkişafını   biz   gəlsək   daha   da   təmin

edəcəyik ki, daha da dərin inteqrasiya olunsun. Mən keçən dəfə də

çıxışımda   bildirmişdim   ki,   onların   bəzi   trendləri   vardır,   bəzi

54



transformasiya   siyasətləri   var   ki,   Azərbaycana   tətbiq   etməlidirlər

mütləq. Üçüncü İrandan və Rusiyadan ehtiyatlanan və yaxud onların

burda   şəbəkəsindən   qidalanıb   hakimiyyətə   gəlməyə   görə   İrana   və

Rusiyaya   daha   çox   xoş   görünmək   üçün   o   meydanda   ən   müxtəlif

ifadələr işlədib, ən müxtəlif siyasət həyata keçirirlər. Amma mən açıq

şəkildə bildirirəm ki, biz hakimiyyətə gələriksə ABŞ-nın İsraillə çox açıq

şəkildə bütün məsələlərlə bağlı bir müttəfiqlik siyasəti quracağıq. Təbii

ki, bizim Türkiyə ilə münasibətlərimiz daha dərin inteqrasiya olunmuş

şəkildə   olacaqdır   və   Avropada   Avropa   dəyərlərini   əsas   götürən   o

təsisatlarla da biz münasibətlər quracağıq. Azərbaycan üçün bütün bu

dövr   ərzində   dost   mövqeyini   açmış,   göstərmiş   dövlətlərə   hansısa

qonşu  dövlətlərin mənafeyi baxımından,  onların istəkləri baxımından

fərqli   bir   şəkildə   düşmən   siyasəti   yürütməklə   və   yaxud   da   onları

düşmən   kimi   cəmiyyətə   təqdim   etmək   çox   yanlış   bir   şeydir.

Azərbaycanın dostları vardır. Azərbaycanda bir siyasət yürüdülməlidir

ki, bizim düşmənlərimizin düşmənləri- olanlar bizim dostlarımızdır. Biz

İranın da simasını görmüşük bu məsələlərdə, Qarabağ məsələsində

Rusiyanın   da   simasını   görmüşük.   İndi   bu   seçki   məsələlərində

bəzilərinin 5-10 nəfər elektrod adından kiməsə dəstək verməsinə görə

bu dövlətləri şişirtmək və Azərbaycana dost kimi göstərmək və Qərb

dövlətləri  ilə  bizi  düşmən   etməy  dəyməz.   Bizim  xarici  siyasətimizdə

bayaq dediyim kurs əsas kurs olacaqdır. 

***


Yüklə 341,48 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin