Türk ölkələrinin inteqrasiyası ilə bağlı
- İkinci məsələ isə, mən düşünürəm ki, Azərbaycan bütün indiki
yürüdülən kursda təbii ki mənim qəbul etdiyim cəhətlər vardır- Avropa
İttifaqına inteqrasiya olunsun, müəyyən Avropa təsisatları ilə
əməkdaşlıq olsun və s. Lakin, həm də Türk dünyası ilə əlaqələr daha
da dərinləşməlidir. Onlar yox deyildi. Mən Milli Məclisdə də bu
məsələni qaldırdım. Azərbaycan Türkiyə arasında asayişi birgə
mühafizə qüvvələrin hazırlanması, digər Türk dövlətlərinin də ortaya
səy qoyması vacibdir. Doğrudur, indi ortaq ordu haqqında anlaşmalar
vardır, mən bunu təqdir edirəm, amma bu daha dərin bir siyasətə
çevrilməlidir. Biz irqçi deyilik. Bizim millətçiliyimiz dövlət milliyətçiliyidir
və bütün dövlətlər ilə münasibətlərimizi yaxşı qurmaq istəyirik. Bizim
Azərbaycanın istəkləri sıfır problemli qonşuluq siyasəti yürütməkdir
amma iradəmizdən asılı olmayaraq bizim qonşularımız bizə qarşı o
siyasəti yürütmürlər. Yürütmürlərsə, biz mütləq elə bir siyasət
yürütməliyik ki, onların bizə qarşı olan münasibətlərində pis vəziyyətdə
qalmayaq.
Bugün transkontinental Turan Avrasiya bloku ilə bağlı olaraq
danışmaq istəyərdim ki, bizim mütləq Türk dövlətləri ilə ortaq
dəyərlərimiz vardır. Heç kim buna etiraz etmir ki, Avropa İttifaqi daha
çox Yunan Roma fəlsəfəsi və xristian dəyərlərinə söykənən və ikili
standartlarla işləyən bir sistemdir. Biz İslam-Türk fəlsəfəsinə söykənən,
amma yalnız dünyaya açıq olan və gələcəkdə də Avropa ilə
əməkdaşlıq edə biləcək bir blok haqqında düşüncəmizi ortaya qoymağı
məqsədəuyğun hesab edirik.
56
Hər bir xarici siyasət daxili siyasətin təbii ki davamıdır və
bütövlükdə bu siyasətlər insanları, dövləti milli səadətə
qovuşdurmaqdan ibarətdir. Mən çox ciddi milli iradə ilə bu məsələlərə
nail olacam.
***
Dostları ilə paylaş: |