aqrar sənaye ölkəsidir və daha çox ağırlıq aqrar hissəsindədir. Biz
tuturam? Bugün elə bir vəziyyət yaranıb ki, Azərbaycan kəndlisinin
istehsal etdiyi məhsullar öz əlindəcə qalıb xarab olmağa başlayır.
avtonom tariflər tətbiq olunarsa, mövsümi şərtlərlə ölkəyə gələn bəzi
məhsulları Azərbaycanın istehsal etdiyi məhsularla rəqabətdə kənarda
qoymaq mümkündür. Həm onda kəndlinin bir malı istehsal etməyə
marağı olar, həm də bizim valyutamız kənara axmaz. Keçən il
Azərbaycana 8 milyard manat civarında gələn istehlak mallarının
demək olar ki, hamısı Azərbaycanda ya istehsal olunur ya da istehsal
olunmaq imkanları vardır. Amma, biz 8 milyard manatımızı kənara
atırıq. Nəyin hesabına atırıq? Monopolislərin o məhsulları bura
gətirməsi və burda öz məhsullarını satması hesabına. Həm də eyni
adlı məhsulların əyalətlərdə qalıb sıradan çıxması bahasına.
İndi deyəcəyim misallar bəlkə də çox bəsit misallar olacaqdır,
amma insanlar bunu hər gün yaşayırlar. Məsələn, Göyçayda nar
yetişdirilir, sonra topdan 5-10 qəpiyə satıla bilmir. Bu kimi səbəblərdən
insanlar fermer təsərrüfatından uzaqlaşırlar. Amma şəhər sakinləri narı
bazardan od qiymətinə almağa məcbur qalırlar. Yaxud da Balakən
zonasında badımcan tonlarla qalıb çürüyür, atırlar, şəhərə gətirmək
imkanları yoxdur, amma paytaxtda baha qiymətə şəhər əhalisi almağa
məcburdurlar. Daha doğrusu məhkumdurlar. Yəni, bu məsələlərə biraz
baxmaq lazımdır və hesab edirəm ki, bir dövlət-bazar-cəmiyyət
tənzimlənməsi olmalıdır. Bir iş birliyi olmalıdır ki, bu məsələlərə
yanaşmada kəndlinin, əyalətdə olan insanların bütün o istəyini həyata
keçirə bilməsinə şərait yaratmaq mümkün olsun. Burada həm
istehlakçının, həm də istehsal edən adamın xeyrinə olan addımlar
atmaq mümkündür.
Hər halda çıxış yolu yox deyildir. Mən hesab edirəm ki, vəziyyəti
dəyişmək lazımdır. O, əyalətlərdə yaşayan insanlar üçün çox kiçik
addımlar atmaqla onların çox böyük addımlarına stimul vermək
imkanları vardır. Orada adicə soyuducu anbarların yaradılması, emal
zavodlarının tikilməsi, insanların müəyyən qədərinin vergilərdən, bir
müddət üçün kommunal xərclərdən azad olunması və başqa
stimullarla insanların əyalətlərdə daha ciddi şəkildə fəaliyyətini təmin
etmək mümükündür, amma bütün bunlar üçün bir siyasi iradəyə
ehtiyac vardır.
***
Dostları ilə paylaş: