əmək haqqı məsələsinə yenidən baxılmasının zəruri olduğunu
düşünürəm. Düşünürəm ki, bu məsələnin də parlamentdə müzakirə
olunması və rəqəmlərin dəyişilməsinə çox böyük ehtiyac vardır.
(Hələlik həyata keçirilməyib)
***
Dilənçilərlə bağlı konseptual təklif
- Bakının siması günü gündən yaxşı mənada dəyişir, ölkəmizin
imici pozitiv mənada hər gün dəyişir. Amma, ölkənin əsasən mərkəzi
hissələrində çoxlu dilənçilərin olması sirr deyildir. Az qala sanki inzibati
ərazi bölgüsü ediblər, müşahidə etdikdə görürsən ki, hansı harada
yerləşir. Hesab edirəm ki, bunların hamısıda ehtiyac üzündən burada
olmurlar. Bəlkə belə bir təşəbbüslə Ombusman Elmira xanım çıxış edə
ki, xüsusi kompların təşkil olunması ilə bunların orda müvəqqəti
yerləşdirilməsi, çeşidlənməsi təşkil olunsun. Əgər ehtiyacı olan
insanlar varsa, onları qocalar evlərinə, uşaqlar evlərinə , xəstələr
evlərinə yerləşdirilməsi təmin olunsun. Digər hissəsi isə bu məsələdən
sui istifadə edirlərsə, gərəyi olan tədbirlərin görülməsi ilə bu küçələrdən
yığışdırılmalıdır.
Dostları ilə paylaş: