(Qismən qəbul edilib)
***
İnsan haqqları ilə bağlı verilmiş təkliflər:
Məhkəmə və hüquq-mühafizə orqanlarının özbaşınalığı və ya
hərəkətsizliyi nəticəsində hüququ pozulanlara dövlət təzminatının
ödənməsi və bu pozuntuya yol verənin cəzalandırılmasıyla bağlı
konseptual təklif
- Məhkəmə orqanlarının özbaşınalığı və ya müvafiq orqanların
hərəkətsizliyi nəticəsində hüququ pozulmuş şəxslərin bəraət və
təzminat çərçivəsi və səhv hərəkətlilik yaxud hərəkətsizlik nəticəsində
hüquq pozuntusu yaradanın cəzalandırılması çərçivəsi hazırlanmalıdır.
Gecikmiş ədalət ədalətsizlikdir. Məhkəmələr tərəfindən günahsız
adamların cəzalandırılması aydınlaşdırılarkən, bu hakimlər
cəzalandırılmalı və cəza almış adamların dövlət tərəfindən təzminat
təminatını nəzərdə tutan təklif paketi hazırlanmalıdır.
Dostları ilə paylaş: |