- Kənarda olan soydaşlarımız Azərbaycanın problemləri üzərinə
dövlətimiz ilə bir yerdə getməyi bacarırlar. Gürcüstan türkləri ilə bağlı
müəyyən addımlar atılıb. Orda azərbaycanlılar kompakt yaşadığı üçün
sərmayə qoyuluşu çox mühim məsələ kimi qeyd olunmalıdır. Miqrasiya
məsələləri ilə bağlı Azərbaycan tərəfindən olan güzəştlər müsbət
qarşılanmalıdır. Eyni zamanda ora dərsliklərin göndərilməsi,
insanlarımıza sahib çıxılması istiqamətində müəyyən işlər görülür və
bundan sonra da görülməsi lazım olan işlər var. Məsələn, orda ən
azından gələcəkdə bir ali məktəbin təsis olunması (yaradılması) kimi,
orda bir milli təhsilin səhmana salınması mühim məsələdir və yaxud,
gürcüstanlı soydaşlarımızın problemləri ilə bağlı beynəlxalq konfransın
keçirilməsi və s. kimi məslələr.
Dostları ilə paylaş: