İslam İcması Mərkəzi/ Tempe Məscidi
131 E., Altıncı küçə, Tempe şəh., Arizona şt.
Islamic Community Center / Tempe Masjid
131 E. Sixth Street, Tempe, Arizona
Mədəniyyət mərkəzi, məscid və məktəbdən ibarət
olan İslam İcması Mərkəzi Arizonanın Tempe şəhərində
Arizona Dövlət Universitetinin şimal hissəsində yerləşir.
Mərkəzin qapıları 75 millətdən olan və bütün sosial-
iqtisadi mənşəyə mənsub insanların üzünə açıqdır.
Mərkəz 1984-cü ildə o vaxta qədər kiçik qruplar halında
evlərdə namaz qılan insanları bir yerə toplamaq
məqsədilə yaradıldı. Cümə namazına təxminən 300
adam toplaşır, məscid Arizona Dövlət Universiteti Tələbə
Assosiasiyasının və icmanın həyatında da yaxından
iştirak edir. Mərkəzdə İslama dair kiçik kitabxana vardır.
Yerusəlimdə yerləşən Səkkiz guşəli məscid üslubunda
inşa edilmiş bu məscidə ənənəyə uyğun olaraq
ictimaiyyət üçün səyahətlər təşkil edilir. Nigah, dəfn
mərasimlərinin təşkili kimi ictimai xidmətlərlə yanaşı,
mərkəz Foeniks Şəhərətrafı İslam Məktəbi kimi də
ibtidai sinif şagirdlərinə xidmət edir.
52
|