S.AlİMEToV,
professor
İşıqlı insan, tanınmış alim
Aprelin 17-si Dünya Hemofiliya
Günüdür. Bu əlamətdar gün dünyanın
100-dən çox ölkəsində əhalini
xəstəliklə bağlı məlumatlandırmaq
məqsədi ilə hər il qeyd olunur. İrsi qan
xəstəliyi olan hemofiliya Asiya, Afrika
qitəsində, Aralıq dənizi hövzəsində
daha çox yayılmışdır.
Xəstəliyin əsas səbəbləri kimi
mütəxəssislər yaxın qohumların nikahı-
nı, radiasiyalı ətraf mühiti, qida və tütün
məmulatlarının təsirini göstərirlər.
Hemofiliya qanın laxtalanma prosesi-
nin anadangəlmə pozğunluğu olub, təkcə
həmin xəstəlikdən əziyyət çəkən şəxslərin
yox, həm də cəmiyyətin sosial-iqtisadi
problemidir. Xəstəlik nəsildən-nəslə yalnız
xəstənin bacıları və qızları vasitəsilə keçir.
Qadın vasitəsilə hemofiliya, nəinki ondan
sonrakı nəslə, hətta onun qızları və qız
nəvələri vasitəsilə daha sonrakı nəsillərə
də ötürülə bilər. Onu da qeyd etmək lazım-
dır ki, hemofiliya xəstələrində yeni qandan
istifadə olunur.
Azərbaycanda isə bu xəstəlikdən
1500-dən çox insan əziyyət çəkir. Son
illər ölkəmizdə talassemiyalı xəstələrin
müalicəsinin səviyyəsi yüksəldiyi üçün
ölüm faizi azalmışdır.
Prezident İlham Əliyev tərəfindən
2005-ci ildə “Hemofiliya və talassemiyalı
irsi qan xəstəliyinə düçar olmuş şəxslərə
dövlət qayğısı” haqqında Fərman imzalan-
mışdır. Bununla əlaqədar əhali arasında
vaxtaşırı maariflənmə kampaniyası
həyata keçirilir. Ölkəmizdə uğurla həyata
keçirilən “Hemofiliya və talassemiya irsi
qan xəstəlikləri üzrə Dövlət Proqramı”isə
irsi qan xəstəliyindən əziyyət çəkənlərin
həyat tərzinin yaxşılaşdırılmasına və
ömürlərinin uzadılmasına xidmət edir.
Proqram çərçivəsində xəstələr dərman
preparatları ilə pulsuz təmin olunurlar.
Uşaqların sağlamlığını öz fəaliyyətinin
əsas istiqamətlərindən biri kimi
müəyyənləşdirən Heydər Əliyev Fondunun
və onun prezidenti, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın talasse-
miyalı uşaqlara diqqəti də xüsusi qeyd
olunmalıdır. Fond 2005-ci ildən ölkəmizdə
bu xəstəliyin yayılmasının qarşısını
almaq məqsədi ilə “Talassemiyasız həyat
naminə” layihəsinə başlamışdır. Bundan
əlavə, Bakı şəhərində istifadəyə verilən
Talassemiya Mərkəzi indi hemofiliyalı
uşaqların və onların valideynlərinin böyük
ümid yeridir. Demək lazımdır ki, 12 otaq-
dan ibarət klinika, xəstələrə qanköçürmə
əməliyyatı aparılan transfuziya zalı,
laboratoriya və digər zəruri şöbələrə malik
Mərkəz beynəlxalq standartlara tam cavab
verir. Burada quraşdırılan ən müasir tibbi
avadanlıq müalicənin yüksək səviyyədə
aparılmasına şərait yaradır.
Eyni zamanda, Səhiyyə Nazirliyi və
digər dövlət qurumları tərəfindən vaxtaşırı
təşkil edilən könüllü qanvermə aksiyala-
rından toplanan qan irsi qan xəstəliyindən
əziyyət çəkənlərin müalicəsinə sərf olunur.
Dostları ilə paylaş: |