Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir


bağlayan sayılıb-seçilən alimlərimizdəndir



Yüklə 7,62 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix02.01.2022
ölçüsü7,62 Mb.
#1713
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
bağlayan sayılıb-seçilən alimlərimizdəndir.


30 aprel  2014-ъц ил

http://www.amu.edu.az

7

İmplantasiya  itirilmiş  dişlərin  süni 

analoqlarla əvəz edilməsidir. İmplanta-

siyanın vacibliyini müəyyən etmək üçün 

pasient  stomatoloqun  müayinəsindən 

keçməlidir.  Xüsusi  metodika  tətbiq 

etməklə alt və üst çənənin rentgenoloji 

müayinəsi aparılır, implantdan istifadə 

etmək  üçün    anatomik  obyektlər  ara-

sında  məsafə  müəyyənləşdirilir,  selik-

li  qişanın  vəziyyətinə  diqqət  yetirilir, 

metodika  seçilir.  İmplantasiya  dişlərin 

təksaylı,  ardıcıl  itirilməsi  zamanı, 

həmçinin  kənar  dişlər  və  ya  ağız  boş-

luğunda ümumiyyətlə dişlər olmadıqda 

aparıla bilər.

Stomatologiyada “dişlərin implantasi-

yası”  məvhumu ancaq diş implantının 

yeridilməsi  anlamını  verir.  Sonradan 

sementin  köməyi  ilə  müxtəlif  materi-

allardan  hazırlanmış  dişin  tac  hissəsi 

implanta  birləşdirilir.    Diş  tacının  tipi 

və və materialı konkret şərait və pasien-

tin maliyyə vəziyyətinə uyğun seçilir. 

Ağır  xroniki  (şəkərli  diabet,  revma-

tizm, vərəm və b.), sümükdə mübadilə-

bərpa  prosesinin  zəifləməsi  ilə  gedən  

(osteoparoz)  xəstələrdə,  periferik  və 

mərkəzi  sinir  sisteminin  pozğunlu-

ğu  olan  xəstəliklərdə,  müalicə  alan  və 

müalicədən  sonra  bir  müddət  onkoloji 

xəstələrdə implantasiya əks göstərişdir. 

Diş  implantantlarının  prinsipcə  bir-

birindən  fərqlənən  müxtəlif  növləri 

mövcuddur:  kökümsov,  laminar,  en-

dodontik,  subperiostal,  selikliqşada-

xili,  ortodontik  və  ya  miniimplantant, 

habelə kombinəolunmuş implant. Sada-

lanan növlər funksional xüsusiyyətləri, 

konstruksiyaları,  yeridilmə  üsullarına 

görə fərqlənirlər.

Orta  hesabla,  diş  implantını  bir 

günə  qoymaq  mümkündür  (təxminən 

hər  süni  kök  üçün  20-40  dəq.)  Xüsu-

si  göstəriş  olmadıqda  prosedura  yerli 

anesteziyanın köməyi ilə aparılır, pasi-

ent diskamfort və ağrı hiss etmir. Sto-

matoloji  sverlonun  köməyi  ilə      çənə 

sümüyündə  müvafiq  deşik  açılır,  süni 

kök yeridilir, üzərinə implant bükülərək 

birləşdirilir.  Əgər  fiksasiya  kifayət 

qədər möhkəmdirsə müvəqqəti diş tacı 

da dərhal  birləşdirilə bilər. Bundan son-

ra  osteointeqrasiya  mərhələsi  başlayır. 

Stomatoloq bir sıra faktiki göstəricilərə 

görə müvəqqəti diş tacını daimi diş tacı 

ilə əvəz edir.


Yüklə 7,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin