“ÜST tərəfindən səhiy-
yəmi zin fəaliyyəti yük-
sək qiymətləndirilib”
- Bəs yoluxucu xəstəliklərin qarşısının
alınmasında
nüfuzlu
beynəlxalq
fondlarla əlaqə varmı, varsa hansı
səviyyədədir?
- Bəli, beynəlxalq fondlarla əlaqə
saxlanılır. Respublikada yoluxucu
xəstəliklərlə bağlı aparılan mübarizə
onları tam şəkildə qane edir. Axırın-
cı illər Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən səhiyyəmizin fəaliyyəti
yüksək qiymətləndirilib. Ölkəmizin
zəngin olmasına və beynəlxalq fond-
lara ehtiyac duyulmamasına baxma-
yaraq, Qlobal fondun Azərbaycana
dəstəyini xüsusilə qeyd etmək
istərdim. Beynəlxalq qurumlar yar-
dım göstərir və ərazini nəzərdən
keçirirlər. Həm də bu səbəbdən yo-
luxucu xəstəliklərin monitorinqi ilə
bağlı şəffaf nəzarət də mümkün olur.
Yəni hansısa şəxsin, hansısa ucqar
kəndlərin birində yoluxucu xəstəliyə
yoluxmasını gizlətmək imkanları sıfıra
enir. Əgər hansısa səbəbdən belə hal
baş verərsə, buna şərait yaradanlar
mütləq cəzalandırıla bilər.
Dostları ilə paylaş: |