Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir


-  İbadulla  müəllim,  22  ildir  ki



Yüklə 7,62 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix02.01.2022
ölçüsü7,62 Mb.
#1713
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
-  İbadulla  müəllim,  22  ildir  ki, 

kafedraya  rəhbərlik  edirsiniz.  Bu 

müddət  ərzində  kafedrada  hansı 

yeniliklər və dəyişikliklər baş verib?

-  Hələ  sovetlər  dönəmində  ka-

fedramızın  nəzdində  Orta  Asiya  və 

Qafqazyanı  Respublikalar  üzrə  lep-

tospiroz  xəstəlikləri  ilə  bağlı  mərkəzi 

məlumat 


laboratoriyası 

fəaliyyət 

göstərirdi.  Bu  gün  də  həmin  labora-

toriya  fəaliyyətdədir.  Bundan  baş-

qa  kafedramızın  nəzdində  bağırsaq 

infeksiyaları  və  qurd  xəstəlikləri  ilə 

məşğul  olan  ayrıca    laboratoriyamız 

da var.  Doğrudur, kafedranın əvvəlki 

yerindən  köçürülməsi  ilə  əlaqədar 

olaraq həmin laboratoriyalar bir neçə 

il  fəaliyyətini  dayandırmalı  oldu.  Yeni 

yerimizə  köçəndən  sonra  universi-

tetimizin  rektoru,  akademik  Əhliman 

Əmiraslanova  laboratoriyaların  fə-

aliy yəti ni  bərpa  etmək  məqsədilə 

müraciət  etdim.  Əhliman  müəllim 

böyük  məmnuniyyətlə  müraciətimi 

qəbul etdi. Laboratoriyaların fəaliyyəti 

üçün  yer  ayırdı  və  təmir  etdirdi.  Ha-

zırda  laboratoriyalar  tam  gücü  ilə 

fəaliyyət  göstərir.  Laboratoriyalarımız 

hazırda    respublikanın  istər  yoluxu-

cu  xəstəliklərinin  diaqnostikasında, 

istərsə  də  profilaktikasında  çox  mü-

hüm  işlər  görür,  tələbələr  burada 

təcrübə  keçirlər.  Onu  da  qeyd  edim 

ki, kafedrada çalışan 2 baş laborant-

dan  başqa,  bütün  müəllimlər  elmlər 

namizədi, dosent,  professordur. Artıq 

laborantlara da mövzu verilib. Onlar da 

elmi  işlər  üzrə  işləyirlər.  Rəhbərliyim 

altında  bu  günədək  25  elmlər 

namizədi, 2 elmlər doktoru hazırlanıb.                                                                                                             

İşlədiyim  müddətdə  nəyi  bacar-

mışamsa  kafedra  əməkdaşlarına 

kömək  etmişəm.  Hər  şeydən  öncə 

xalqımızın  mənafeyi  ilə  bağlı    han-

sı  çağırış  olubsa  ona  qoşulmuşam. 

Mənim  üçün  Vətənimin  bu  başı,  o 

başı  olmayıb.  Azərbaycan  bölünməz 

Vətən  olub  mənimçün.  Xalqımı-

zın  qüdrətli  şəxsiyyətlərinə  həmişə 

qiymət  vermişəm.  Bir  neçə  dərslik 

kitabının həmmüəlliflərindənəm. “Epi-

demiologiya”  kitabı  mənim,  X.Xələfli 

və F.Tağıyevanın həmmüəllifliyi ilə bu 

il  işıq  üzü  görüb.  Bundan  başqa  bir 

neçə monoqrafiyam da oxucuların ix-

tiyarına verilib. 


Yüklə 7,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin