- Qarşıdan isti havalar gəlir.
Epidemiyanın baş qaldıra biləcəyi
risk zonaları mövcuddur. Xoşagəlməz
halların baş verməməsi üçün indidən
hər hansı profilaktik tədbir görülübmü
və yaxud görüləcəkmi?
-
Ümumiyyətlə,
yoluxucu
xəstəliklər cəmiyyət yarandığı
gündən mövcuddur. Gələndə isə
əvvəlcədən heç kimə informasiya
vermir. Yoluxucu xəstəliyə insan
qəflətən tutulur. Səhiyyəmiz təbiidir
ki, müxtəlif qruplara bölünür. Onun
da biri profilaktik səhiyyəmizdir.
Bütün rayonlarda gigiyena və epi-
demiologiya mərkəzləri fəaliyyət
göstərir. Yoluxucu xəstəliklərin ya-
yılmasının bir qismi fəsillə əlaqədar
olur. Adətən isti havalarda - yay
aylarında bağırsaq infeksiyalarının
sayı çoxalır. Həmin gigiyena və
epidemiologiya mərkəzləri əhalinin
xəbəri olmadan belə, öncədən yo-
luxucu xəstəliklərlə bağlı mübarizə
tədbirləri hazırlayırlar. Adi bir mi-
sal çəkmək istəyirəm: məlumdur
ki, ölkədə təbii fəlakətlər olur. Mən
zəlzələ, su daşqınlarını nəzərdə
tuturam. Təbii fəlakətlər olan
yerdə isə epidemiyaların yayılması
təhlükəsi ehtimalı daha güclüdür.
Amma həmin mərkəzlərin vaxtında
gördükləri qabaqlayıcı tədbirlərin
nəticəsində bu baş vermədi.
Təhlükənin qarşısını kim aldı?
Əlbəttə, səhiyyə işçilərimiz
.
Dostları ilə paylaş: |