30 aprel 2014-ъц ил
http://www.amu.edu.az
5
ekologiya elmi üzrə də böyük müvəffəqiyyətlərə
nail olmuşdur.
Z.Ə.Əliyeva ardıcıl olaraq yerinə yetir-
diyi elmi-tədqiqat işləri ilə yanaşı, pedaqo-
ji fəaliyyətini də yüksək səviyyədə aparırdı.
O, 1967-ci ildən etibarən Əziz Əliyev adına
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun ADHTİ göz xəstəlikləri kafedra-
sında pedaqoji fəaliyyətə başlayaraq, əvvəlcə
kafedranın dosenti, sonra professoru, daha sonra
isə həmin kafedranın müdiri vəzifəsini yüksək
səviyyədə yerinə yetirərək, həkimlərin dip-
lomdansonrakı hazırlıqlarının tədris-metodiki
göstərişlərə və digər tələblərə uyğun şəkildə
aparılmasına əlverişli şərait yaratmışdır. Onun
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunda göz xəstəlikləri üzrə təkmilləşmə
kursu keçən həkimlərlə apardığı mühazirə və
praktik məşğələlərinin əsasını tibb elmində
əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə
yiyələnmənin istiqamətləri, müasir tibbi cihaz-
ların gündəlik təcrübədə tətbiqi üsullarının
dərindən mənimsənilməsi və s. təşkil edirdi.
Zərifə xanım Əliyeva ADHTİ-da çalışdığı ilk
illərdən görmə orqanının patologiyasına xüsusi
diqqət yetirmiş, zərərli sənaye müəssisələrində
çalışan insanların oftalmoloji müayinədən
keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar
əmələ gələn göz xəstəliklərinin profilaktika-
sı və müalicəsi ilə ciddi məşğul olmuşdur. O,
peşə amili etiologiyalı göz xəstəliklərinin ya-
yılma qanunauyğunluqlarını aşkar etmək üçün
Bakı şin zavodunda, neft-kimya və yod sənayesi
müəssisələrində, Sumqayıt “Üzvi sintez” is-
tehsalat Birliyində, Mingəçevir “İzolit” və
rezin-texnika məmulatı zavodlarında, Gəncə
gil-torpaq kombinatında və digər obyektlərdə
işləyənlərin görmə orqanlarına mənfi təsir
göstərən amilləri, onların etio-patogenezini
diqqətlə öyrənmiş, zərərli peşələrin törətdikləri
göz xəstəliklərinin yaranma mexanizmini elmi
surətdə əsaslandırmış, onların qarşısını almaq
üçün əməli tədbirlər görmüşdür. Zərifə xanım
Əliyeva bu xeyirxah işləri yerinə yetirərkən
zərərli amillərin təkcə görmə orqanına deyil,
bütövlükdə orqanizmə və onun ayrı-ayrı or-
qanlarına göstərdiyi təsirləri də mükəmməl
öyrənmiş, profilaktik və müalicəvi tədbirlərin
bu istiqamətdə aparılmasına lazımi şərait yarat-
mışdır. Alim zərərli müəssisələrdə çalışanların
görmə orqanlarını müalicə etməklə, bütövlükdə
onların ayrı-ayrı orqanlarını da müxtəlif növ
toksinlərin təsirindən mühafizə etməklə birbaşa
insanların həyatını qoruyurdu.
Görkəmli alimin aktual problemin həlli
yollarında apardığı səmərəli işlər tezliklə öz
bəhrəsini vermiş və o, 1976-cı il may ayının 27-
də M.Helmholts adına Moskva Elmi-Tədqiqat
Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın
bəzi kimya sənayesi müəssisələri işçilərində
görmə orqanının vəziyyəti” mövzusunda dis-
sertasiya müdafiə edərək, tibb elmləri doktoru
elmi dərəcəsinə layiq görülmüşdür. Disserta-
siya müdafiəsi günü alim özünün tutarlı əyani
dəlillərə əsaslanan nüfuzedici çıxışında elmi
istiqamətlərinin üstünlüklərini, elmi kamilli-
yini, cəsarətli eksperimentatorluq bacarığını
Moskvada—keçmiş SSRİ-nin məşhur oftalmo-
loqları qarşısında bir daha təsdiq etmişdir.
Doktorluq dissertasiyası müda fiəsin dən bir
qədər sonra Zərifə xanım Əliyeva Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda
müsabiqə yolu ilə professor vəzifəsinə seçilmiş
və qısa müddətdə onun çoxdan layiq olduğu bu
elmi adı da təsdiq edilmişdir.
1977-ci ildə Bakıda professor Zərifə
Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftal-
moloqlar Cəmiyyəti İdarə Heyətinin plenu-
mu keçirilmişdir. Bu plenum alimin daha bir
müstəsna keyfiyyətinin üzə çıxmasına imkan
yaratmışdı. Plenumun bütün parametrlərinə
görə gözlənildiyindən də yüksək səviyyədə
keçirilməsi Zərifə xanım Əliyevanın təşkilatçılıq
bacarığının təzahürünə çevrildi. Bakıda ilk dəfə
olaraq belə bir Ümumittifaq miqyaslı plenumun
təşkili Azərbaycanda oftalmologiya elminin
yeni inkişaf mərhələsinə qədəm qoymasına güc-
lü təkan verdi. Plenumda professor Zərifə xanım
Əliyeva Azərbaycanda görmə orqanının peşə pa-
tologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış
elmi-tədqiqat laboratoriyası yaradılması haqqın-
da təklif irəli sürdü və iştirakçılar yekdilliklə bu
təklifi müdafiə etdilər.
Professor Z.Ə.Əliyeva 1979-cu ildə Bakı
Məişət Kondisionerləri zavodu nəzdində
Azərbaycan Elmlər Akademiyası Fiziologiya
İnstitutunun “Görmə orqanının fiziologiyası
və peşə patologiyası” adlı unikal bir labora-
toriyasının yaradılmasına və onun səmərəli
fəaliyyət göstərməsinə nail oldu. Elmin və
texnikanın ən son nailiyyətlərinə əsaslanan
üç şöbədən ibarət laboratoriya tezliklə yeni ci-
hazlarla zənginləşdirildi və görmə orqanının
peşə xəstəliklərinin profilaktikası, diaqnosti-
kası, müalicəsi mərkəzinə çevrildi. Şöbələrdən
birində görmə orqanının vəziyyəti yoxlanılır,
ikincisində diaqnostik-funksional müayinələr
aparılır, üçüncüsündə isə cərrahi əməliyyatlar
icra edilirdi. Laboratoriyalarda az intensiv-
li toksikliyə malik istehsal sahələrində görmə
orqanına fizioloji, kliniki, funksional, histolo-
ji mexanizmlərin təsirinin öyrənilməsi həyata
keçirilirdi. Zərifə xanımın bu təcrübəsi keçmiş
SSRİ-nin digər şəhərlərində də bəyənilərək
rəğbətlə qarşılanmış və geniş tətbiq edilmiş-
dir. Apardığı elmi-tədqiqat işlərinin nəticələri
onun “Şin istehsalında gözün peşə patologiaya-
sı”, “Xroniki yod intoksikasiyası zamanı oftal-
mopatologiya”, “Yod sənayesində gözün peşə
xəstəliyinin profilaktikası” kimi monoqrafiyala-
rında və digər elmi əsərlərində özünün dolğun
əksini tapmışdır.
1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə
sisteminin tarixində son dərəcə mühüm bir
hadisə baş vermişdir. Moskvadan alınan
xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi
Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə
patologiyası sahəsində apardığı silsilə elmi-
tədqiqat işlərinin dəyərli nəticələrinə görə
SSRİ Tibb Elmləri Akademiyasının akademik
M.İ.Averbax adına mükafatına layiq görülmüş-
dür. Akademik M.İ.Averbax adına mükafata
oftalmologiya sahəsində müstəsna xidmətləri
olan və beynəlxalq aləmdə tanınan məşhur
oftalmoloq-alimlər layiq görülürdü. Azərbaycan
aliminin belə nüfuzlu bir mükafata layiq
görülməsi ölkəmizin elm aləmində xoş ovqat
yaratmışdı. Moskvadan alınan xoş xəbərin işı-
ğı Zərifə xanım Əliyevanın uzun illərdən bəri
insanlara bəxş etdiyi şəfqət işığının davamı
kimi Azərbaycan tibb elminin, tibb təhsili sis-
teminin, Azərbaycan səhiyyəsinin yollarını nura
qərq etmişdir. Bu mükafatın diqqəti cəlb edən
üstün cəhətlərindən biri də ondan ibarət idi ki,
Azərbaycan alimi akademik M.İ. Averbax adına
mükafata layiq görülən ilk qadın oftalmoloq-
alim olmuşdur. Belə birincilik fədakar əməyin,
böyük zəhmətsevərliyin, sənətə vurğunluğun,
insanlara olan bəşəri sevginin sayəsində qaza-
nılmışdır. Bu birinciliyin həm indiki, həm də
gələcək nəsillərin elmi axtarışlarında stimul
rolunu oynayacağını, akademik Zərifə Əliyeva
irsinin daim gəncələrə örnək olacağını göstərən
daha bir vacib amillərdəndir.
Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə
seçilmişdir. Burada çalışarkən alimin həm elmi-
tədqiqat, həm də pedaqoji fəaliyyətinin təsir
dairəsi daha da genişlənmiş, onun xalqın sağ-
lamlığının qorunması naminə tibb elminə və
bütövlükdə səhiyyə sisteminə verdiyi töhfələrin
həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri
xeyli dərəcədə artmışdır. Bacarıqlı alim qısa
müddətdə kafedrada yenidənqurma işləri apara-
raq onu müasir diaqnostika və müalicə cihazla-
rı ilə təmin etmiş, nadir təşkilatçılıq nümunəsi
nümayiş etdirərək, kollektivin elmi və pedaqoji
səviyyəsini yüksəltmiş, əməkdaşların diqqətini
oftalmologiyanın prespektivli istiqamətlərinə
yönəldə bilmişdir.
Zərifə xanım Əliyeva 1983-cü ildə nəzəri və
təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə,
alınan elmi nəticələrinin səhiyyə praktika-
sında geniş tətbiqinə, yüksəkixtisaslı tibb
kadrlarının hazırlanması yolunda göstərdiyi
dəyərli xidmətlərə görə Azərbaycan SSR
Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş-
dir. O, Azərbaycan oftalmoloqları arasında
Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi
üzvü seçilmiş ilk oftalmoloqdur.
Zərifə xanımın elmi-tədqiqat işlərinin mövzu
dairəsi çoxşaxəli və genişdir. O, görmə orqan-
larının virusla zədələnməsinə, bu səpkidə aparı-
lan müalicə-profilaktika tədbirlərinə silsilə işlər
həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”,
“Ağır virus konyunktivitləri” və sair əsərləri bu
qəbilədəndir.
Akademik Zərifə Əliyevanın elmi-tədqiqat
işlərinin bir qismi görmə orqanının bədxassəli
şişlərinin, qlaukomanın etimologiyası, diaq-
nostikası və müalicəsi məsələlərini əhatə edir.
Onun “Gözün hidrodinamik sisteminin anato-
mo-fizioloji xarakteristikası”, “Gözün əlaqədar
dəyişiklikləri və görmə-sinir yolları” adlı mo-
noqrafiyaları və digər əsərləri göz xəstəliklərinin
yaş xüsusiyyətlərinə, “Göz sulanmasının fizio-
logiyası”, “Göz sulanmasının müasir cərrahiyə
üsulları ilə müalicəsi” və digər monoqrafiyala-
rı isə daktriologiyaya həsr edilmişdir. Alimin
qələmə aldığı fundamental “Terapevtik oftalmo-
logiya”, “Oftalmologiyanın aktual məsələləri”,
“İridodiaqnostikanın əsasları” və sair kitabla-
rı bu gün də oftalmoloqların ən çox müraciət
etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.
Zərifə xanım elm və texnologiyaların etikası,
həkimlik deontologiyası haqqındakı zərif və saf
düşüncələrini öz dəyərli əsərlərində təsbitləndirə
bilmişdir. Onun qələmə aldığı “Yüksək etimad”
kitabı və bu mövzuya həsr etdiyi digər əsərləri
həm bu gün, həm də gələcəkdə gənc həkimlərə
düzgün yol göstərən, istiqamət verən, onların bir
həkim, bir şəxsiyyət kimi formalaşmalarında
ümdə əhəmiyyət kəsb edən əvəzsiz əsərlər ola-
raq qalacaq, aktuallığnı heç vaxt itirməyəcəkdir.
Akademik Z.Ə.Əliyeva çoxsaylı elmi
əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və
dərs vəsaitlərinin müəllifi olmuşdur. Görkəmli
alim gənc nəslin təlim-tərbiyəsində, yüksək
səviyyəli həkim-oftalmoloqların, professio-
nal elmi kadrların yetişdirilməsində böyük
xidmətlər göstərmişdir. Onlarca elmlər dok-
toru və elmlər namizədinin elmi rəhbəri və
məsləhətçisi olmuş, böyük bir elmi məktəb
yaratmışdır. Təkcə Azərbaycanda deyil, onun
hüdudlarından kənarda da görkəmli alim kimi
tanınan Zərifə xanım oftalmologiya elmində
əldə etdiyi nailiyyətlərlə, xalqımızın sağ-
lamlığı keşiyində dayanan çoxsaylı həkim-
oftalmoloqların yetişdirilməsində göstərdiyi
əvəzsiz xidmətlərinə görə “Əməkdar elm xadi-
mi” fəxri adına layiq görülmüşdür.
Akademik Z.Ə.Əliyeva həm də keçmiş
SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü,
Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin
müavini kimi yüksək ictimai vəzifələrdə də
fədakarcasına çalışmış,bir sıra xarici ölkələrdə
səmərəli görüşlər keçirərək dəyərli çıxışlar,
məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-
amanlığa səsləmişdir. O, respublika “Bilik”
Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin
Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin,
Moskvada çıxan “Oftalmologiya xəbərləri” jur-
nalının redaksiya heyətinin üzvü olmuşdur.
Zərifə Əziz qızı Əliyeva 1985-ci ilin aprel
aynının 15-də əbədiyyətə qovuşmuşdur. Bu ilin
yəni 2014-cü ilin, aprel ayının 28 görkəmli alimin
anadan olmasının 91-ci ildönümü Vətənimizin
hər yerində olduğu kimi, Azərbaycan Tibb
Universitetində də geniş qeyd edilir.
Akademik Z.Ə.Əliyevanın doğum günü
yubileydən-yubileyə yox, hər il qeyd edilməlidir.
O, həqiqətən buna layiq bir Azərbaycan ali-
mi, Azərbaycan övladıdır. İllər bir-birini əvəz
etsə də əvəzolunmaz alimin əziz xatirəsi heç
vaxt yaddan çıxmır, daim ehtiramla yad edilir.
Qədirbilən xalqımızın, eləcə də ölkəmizin tibb
işçilərinin ona olan məhəbbətinin əbədiliyi
artıq vaxt, zaman çərçivəsindən çıxaraq son-
suzlaşmış, daimiləşmişdir. Akademik Zərifə
xanım Fəxri Xiyabandakı monumental abidəsi
və məzarı önünə hər gün tər çiçəklər qoyu-
lur, xatirəsi əziz tutularaq yad edilir. Fərəhli
haldır ki, akademik Zərifə xanımın adını
daşıyan və möhtəşəm elm, tədris, müalicə-
diaqnostika, reabilitasiya mərkəzi kimi tanı-
nan Milli Oftalmologiya Mərkəzi öz xeyirxah
qapılarını xəstələrin, həkimlərin, tələbələrin,
tədris və elmi-tədqiqat işçilərinin üzünə ge-
niş açaraq, regionlarda xeyriyyə müalicə-
profilaktika tədbirləri keçirilməsi ənənəsini ya-
şadan nümunəvi tibb müəssisəsinə çevrilmişdir.
Mərkəzin əməkdaşları akademik Zərifə Əliyeva
ideyalarını yaşadır və davam etdirirlər. Onun
bəşəri duyğularının saflığından süzülüb gələn
şəfqətli ideyaları bu gün də insanlara xoşbəxtlik
bəxş etməkdə davam edir.
Akademik Zərifə Əziz qızı elm, təhsil,
səhiyyə sahələrində, eləcə də ictimai-siyasi
sahələrdəki misilsiz xidmətlərinə, həmçinin
nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xal-
qımızın qəlbində, Vətənimizin tarixində dün-
ya şöhrətli alim, nümunəvi qayğıkeş pedaqoq,
şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş
kimi, eləcə də məğrur Azərbaycan qadını, nurlu
Azərbaycan anası kimi daim yaşayır və yaşaya-
caqdır.
Dostları ilə paylaş: