1. Konsultativ-diaqnos tik
xidmət
2. Stasionar müalicə xid mə ti
Əhaliyə
konsultativ-diaqnostik
xidmətin əsas ağırlığı klinikanın
konsultativ-diaqnostik poliklinika-
nın, ixtisaslaşdırılmış kabinet və
laboratoriyaların üzərinə düşür.
2013-cü ildə konsultativ-diaqnos-
tik poliklinikaya 27457 müraciət ol-
muşdur ki, bu da 2012-ci ilə nisbətən
3604 nəfər (13,1 %) çoxdur.
Yuxarıda qeyd etdiyimiz ki-
mi, Klinikanın müalicə-di aq nostik
fəaliyyətinin əsas istiqamətlərindən
biri də stasionar tibbi xidmətdir. Sta-
sionar şöbələrdə, əsasən 2, qismən
3 nəfərlik ümumi və 1 nəfərlik VİP
palataları mövcuddur. Klinikanın
bütün palataları sanitar qovşağı,duş
kabinələri, oksigen panelləri, tibb
bacısı çağırış sistemi, internet və
telefon xətti ilə təchiz edilmiş, 24
saat fasiləsiz isti-soyuq su ilə təmin
olunur.Xəstələrə gündə 3 dəfə die-
toloqun tərtib etdiyi stollara müvafiq
olaraq yemək və 550 adda dərman
preparatı pulsuz olaraq verilir. 2012-
ci ilin sentyabr ayından etibarən
Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin razılığı ilə klinikada
60 çarpayılıq gündüz stasionarı
fəaliyyət göstərir. Klinikada 2013-
cü ildə 4322 nəfər xəstə stasionar
müalicə almışdır. Bu rəqəm 2012-ci
illə müqayisədə 1118 nəfər (25,8%)
çoxdur.
2013-cü ilin dekabrında hörmətli
rektorumuzun təşəbbüsü və təklifi
ilə bütün bu bölmələrin bazasında
diaqnostik və stasionar bölmələrdən
ibarət vahid Ürək-damar Mərkəzi
yaradılmışdır. Qısa müddətdə bu
mərkəz ən müasir cihazlarla təmin
edilmiş, həm diaqnostik, həm stasi-
onar bölmələrdə ciddi rekonstruksi-
ya işləri aparılmışdır.
S.Musayev vurğuladı ki, Klinika-
da marketinq işlərinə də ciddi fikir
verilir. Marketinq bölməsi 8 sığorta
şirkəti ilə müqavilə bağlamışdır. 2
şirkət ilə may ayında müqavilənin
imzalanması gözlənilir.
Natiq bildirdi ki, reklam işləri
çərçivəsində Klinika haqqında 15
dəqiqəlik, 30 və 56 saniyəlik rek-
lam çarxları hazırlanmış, ölkənin
telefiziya kanallarında efirə verilmiş-
dir. Klinikanın bütövlükdə fəaliyyəti
haqqında respublika mediasında
150-ə qədər reportaj, veriliş, xəbər,
məqalə xarakterli materiallar veril-
mişdir.
Klinikanı tanıtmaq və marketinq
məqsədilə klinikanın Facebook,
Twitter, Google plus, Youtube so-
sial şəbəkələrində ünvanı yaradıl-
mışdır.
Klinikada
müalicə-diaqnostik
xid mətin gücləndirilməsi prioritet
məsələdir. Bu məqsədlə bir sıra
işlər görülmüş və bu işlər davam
etdirilir. Klinika respublikada ilk
dəfə olaraq tam “Elektron klinika”
sisteminə keçmişdir.
Kafedra müdirləri Vəsadət Əzizov,
Sahib Musayev, Amalya Əyyubova,
Əlihüseyin Hidayətov, Bahadur
Baxşıyev və Zakir Qarayev çi-
xışlarında hesabatı qənaətbəxş
qiymətləndirdilər,
əldə
olunan
nailiyyətlərlə yanaşı bu sahədə
onları maraqlandıran bir sıra
problemlərdən də söhbət açdılar.
Onlar, az bir zaman kəsiyində bu kli-
nikanın dünyanın inkişaf etmiş klini-
kaları ilə bir sırada durduğundan qü-
rur duyduqlarını dilə gətirdilər və kli-
nikada əməkdaşların işləməsı üçün
yaradılan hər cür şərait üçün ölkə və
universitet rəhbərliyinə minnətdar
olduqlarını bildirdilər. Natiqlər
universitetin günü- gündən mad-
di- texniki bazasının gücləndiyini
qeyd edərək rəhbərlik etdikləri ka-
fedralarda bu istiqamətdə aparılan
məsələlərdən danışdılar, tədrisin
və müalicə işlərinin keyfiyyətinin
daha da yüksəldilməsi yollarından
bəhs etdilər.
Məruzə və çıxışlarada səslənən
fikirlərə münasibətini bildirən aka-
demik Ə.Əmiraslanov müzakirə
olunan məsələnin vacibliyini bir
daha önə çəkərək söylədi ki, klini-
kaların həyatında bu indiyədək ilk
hesabat məruzədir və belə qərara
gəldik ki, gələcəkdə digər klinikala-
rın da fəaliyyəti Böyük Elimi Şurada
müzakirə olunsun.
Bütün klinikaların təşkilinin ulu
öndər Heydər Əliyevin adı ilə bağ-
lı olduğunu qeyd edən rektor digər
iki klinikanın yaradılması, tikin-
tisi və avadanlıqla təchizatı sırf
möhtərəm prezidentimizin diqqət
və qayğısının bariz nümunəsi kimi
qiymətləndirdi. Sözünə davam edən
Ə.Əmiraslanov dedi ki: “Dövlət
bizim üçün bu qayğını göstərdi.
Amma bu klinikaların necə fəaliyyət
göstərməsi bizdən asılıdır. Ona
görə də yeni yaradılan bu klinikala-
rın fəaliyyətini düzgün istiqamətdə
aparmaq üçün ciddi çalışmalıyıq.
Bu da kollektivin səriştəsindən
asılıdır. Kadr məsələsində çox
çətinliklər var. Biz məsələni belə
qoymuşduq ki, professor-müəllim
heyətimiz var, əlavə həkim kadrları-
na ehtiyacımız olmayacaq. Sonrakı
təcrübə göstərdi ki, onsuz keçinmək
mümkün deyil. Hələ bizim klinika-
larımız olmayanda xarici ölkələrdə
təhsil almış, dünyanın müxtəlif kli-
nikalarında, Avropada, Amerika-
da təcrübə keçib qayıtmış gənclər
bizə müraciət edirdilər. O zaman
imkanlarımız geniş deyildi. İndi on-
ların sayəsində terapevtik klinikada
və cərrahi klinikada diaqnostika ilə
məşğul olan tam bir komanda var.
Bu gün ən ağır hadisələri müzakirə
etmək üçün onların yanına gəlirlər.
Bu bizi çox sevindirir. Digər tərəfdən
avadanlıq alındı. Avadanlıqların
işlək vəziyyətdə olması üçün bö-
yük vəsait tələb olunur. Təkcə bu
il avadanlıqların təmiri, yeni ava-
danlıqların alınmasına terapiya
klinikası təxminən yarım milyon
manat vəsait xərcləyib. Çox yax-
şı ki, bu vəsaitin böyük bir qismini
klinika özü qazanıb. Bütövlükdə kli-
nikanın fəaliyyətini qənaətbəxş kimi
qiymətləndirən universitetin rəhbəri
ürək mərkəzinin yaranmasının vacib
məsələ olduğunu bildirdi. Bəzi ka-
fedra müdiri, professor universitetin
klinikası ola-ola gedib özəl klinikada
əməliyyat eləməyi, xəstəyə baxma-
ğını necə başa düşək?
Səhiyyəmizin gələcəyinin tibbi
sığorta ilə bağlı olduğunu vurğu-
layan rektor, universitet klinikala-
rının zəif reklam olunmasından
təəssüfləndiyini dilə gətirdi.
Rektor daha sonra qarşıda
duran bir sıra görüləcək təd-
birlərdən söhbət açdı, müxtəlif
məsələlər barədə şura üzvlərini
məlumatlandırdı.
Dostları ilə paylaş: |