Partiyasının sıralarında birləşən 600
mindən artıq üzvün 40 faizdən çox
hissəsini gənclər təşkil edir.
Ölkəmizin hər yerində olduğu kimi
Yeni Azərbaycan Partiyası Nəsimi Rayon
Təşkilatının Gənclər Birliyinin ilk ərazi
partiya təşkilatları gəncləri ilə müzakirələri
keçirilir. Məqsəd ötən ildə görülmüş işlər
və cari ilin fəaliyyət planını gənclərlə
müzakirə etmək, gənclərin potensialından
ölkəmizin ictimai-siyasi həyatında səmərəli
istifadə olunmasına şərait yaratmaqdır.
Bu məqsədlə 10 mindən çox fəal gənci
özündə birləşdirən YAP Nəsimi Rayon
Təşkilatının Gənclər Birliyi artıq rayon
ərazisində yerləşən ilk partiya təşkilatları
ilə görüşlərə start verib.
YAP Nəsimi Rayon Təşkilatının Gənclər
Birliyinin 2014-cü il üzrə fəaliyyət planının
müzakirəsi məqsədilə ilk görüş aprelin 18-
də ATU-nun 4 saylı tədris korpusunda YAP
Nəsimi Rayon Təşkilatının ATU ərazi par-
tiya təşkilatının gənclər birliyi ilə keçirilib.
Tədbirdə YAP Nəsimi Rayon Təşkilatının
Gənclər Birliyinin sədri Sərraf Hüseynov,
sədr müavini Rauf Həsənov və təşkilatın
fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi
rayon təşkilatının ATU ərazi partiya
təşkilatının sədri, ATU-nun tədris işləri
üzrə prorektoru, professor Sabir Əliyev
əvvəlcə tarixə ekskurs edərək 1990-cı
illərdə ölkəmizdəki mövcud vəziyyəti xatır-
ladıb. Qeyd edib ki, ümummilli liderimiz
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə
gəldikdən sonra ölkədə gedən hərc-mərcliyə
son qoyuldu. Ulu öndərin qarşıya qoyduğu
əsas şərtlərdən biri də gənclər siyasəti ilə
bağlı oldu. Bu siyasətin möhtərəm prezi-
dentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini vurğulayan prorektor
gənclərin partiyadakı rolundan danışıb.
O, Azərbaycan Tibb Universitetində YAP
üzvlərinin sayının ildən-ilə artması-
nı partiyanın cəmiyyətdəki nüfuzu ilə
əlaqələndirib. Universitetdə gənclərlə işin
düzgün qurulduğunu bildirərək Tələbə
Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad
Novruzovun bu istiqamətdəki fəaliyyətini
də yüksək qiymətləndirib, YAP Nəsimi Ra-
yon Təşkilatının Gənclər Birliyinə uğurlar
arzulayıb.
Daha sonra söz alan YAP Nəsimi Ra-
yon Təşkilatının Gənclər Birliyinin sədri
Sərraf Hüseynov təşkilatın ötən il gör-
düyü işlər haqqında məlumat verib. Yeni
Azərbaycan Partiyası Gənclər Birliyinin
əsas prinsiplərinə diqqət yönəldərək ay-
rı-ayrı kursların, treninqlərin, yay və qış
məktəblərinin, maarifləndirici tədbirlərin
təşkil olunduğunu söyləyib. Yüksək in-
tellekti, savadı ilə fərqlənən gənclərin
müxtəlif layihələrdə iştirakını vacib sa-
yan Sərraf Hüseynov gənc partiyadaşla-
rını Nəsimi rayon təşkilatında keçiriləcək
seçkilərdə də fəal iştirak etməyə çağırıb.
Tibb
Universiteti
tələbələrinin
Yeni Azərbaycan Partiyasının bütün
tədbirlərində yaxından iştirak etdiyini
bildirən ATU-nun Tələbə Həmkarlar İt-
tifaqı Komitəsinin sədri Elşad Novruzov
Nəsimi rayon Təşkilatının Gənclər Birliyi-
nin ərazi təşkilatı üzrə yeni tərkibini açıq-
layıb.
Diskussiya şəraitində keçən görüşün
sonunda gənc partiya üzvlərinin təklifləri
dinlənilib.
Dostları ilə paylaş: |