A.KAMRAnoğlU
Aprelin 17-də Azərbaycan Tibb Universitetinin
Tədris-Terapevtik Klinikasında «Pediatriyanın aktual
problemləri»nə həsr olunmuş elmi-praktik konfrans
və seminar işinə başlayıb. Tədbir Azərbaycan
Respublikası Səhiyyə nazirliyi, Azərbaycan Tibb
Universiteti (ATU) və Azərbaycan Pediatriya
Assosiasiyasının təşkilatçılığı ilə baş tutan
konfransda respublikamızın tanınmış pediatrları,
universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri Azərbaycan Tibb Universitetinin rektoru, Milli
Məclisin deputatı, akademik Əhliman Əmiraslanov aça-
raq ölkəmizdə son illərdə səhiyyə sahəsində qazanılmış
nailiyyətlərdən danışıb, ana və uşaqlara göstərilən tibbi
xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının dövlətin sosial
yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biri ol-
duğunu vurğulayıb.
Əhalinin, xüsusilə uşaqların sağlamlığının qorunmasına
daim diqqət göstərildiyini deyən rektor ölkə rəhbərliyinin
bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlərin
həyata keçirildiyini diqqətə çatdırıb. O, “Azərbaycan 2020:
Gələcəyə baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq “Ana
və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-
2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycanda qey-
ri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Strategiya”
layihələri hazırlandığını, “Uşaqların icbari dispanserizasiya-
sı haqqında” Qanunun qəbul olunduğunu qeyd edib. Bildirib
ki, son illər ərzində ana və uşaqlara tibbi xidmət göstərən
müəssisələrin maddi texniki bazası möhkəmləndirilmiş, on-
ların dərman preparatları və tibbi texnika ilə təminatı yax-
şılaşdırılmışdır. Bakı şəhərində yerləşən bütün uşaq po-
liklinikaları əsaslı təmir edilərək müasir tibb avadanlığı ilə
təmin olunmuşdur. Regionlarda fəaliyyət göstərən uşaq
tibb müəssisləri yeni tikilmiş və təmir olunmuş binalara
köçürülür. Respublikamızda həyata keçirilən bu tədbirlərin
nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən
göstəricilərdə müsbət dinamika müşahidə olunur.
Rektor onu da diqqətə çatdırıb ki, Azərbaycan səhiyyəsinin
dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri
tibbi təhsil və kadr islahatlarıdır. Universitetdə ənənəvi olaraq
keçirilən beynəlxalq konfranslar məhz bu məqsədə xidmət
edir. Konfransda ABŞ-ın aparıcı tibb mütəxəssislərinin işti-
rak etməsi bu konfransın əhəmiyyətini daha da artırır.
Akademik Adilə Namazova isə çıxışında bölgələrdə çalı-
şan pediatrların bilik və bacarıqlarının artırılmasında konf-
ransın əhəmiyyətini vurğulayıb.
Sonra amerikalı mütəxəssislər Susan Vear və Cim Var-
pinskinin, ATU-nun Tədris Terapevtik Klinikasının direktoru,
professor Surxay Musayevin uşaqlarda talassemiya, astma
və allergiya xəstəlikləri ilə bağlı məruzələri dinlənilib.
Aprelin 19-dək davam edən konfransda Azərbaycanlı
mütəxəssislər- ATU-nun professorları Hüseyn Qabulov,
Amalya Əyyubova, Zemfira Mirzəyeva və başqaları da
ölkəmizdə uşaq xəstəliklərinə dair məruzələrlə çıxış ediblər.
Dostları ilə paylaş: |