http://www.amu.edu.az
30 aprel 2014-ъц ил
4
A
zərbaycan
oftalmologi-
ya elmini, o cümlədən
bütövlükdə tibb elmini öz bit-
kin və dərin məzmunlu dol-
ğun əsərləri, elmi nailiyyətləri
ilə dünya miqyasında tanıdan
əbədiyaşar elm xadimlərimizdən,
bacarıqlı səhiyyə qurucularımız-
dan biri də görkəmli alim-oftal-
moloq, SSRİ Tibb Elmləri Akade-
miyasının akademik M.İ.Averbax
adına mükafatı laureatı, əməkdar
elm xadimi, akademik Zərifə Əziz
qızı Əliyevadır.
Azərbaycan Tibb Universitetinin
dünya şöhrətli məzunu, akademik
Zərifə xanım Əliyeva həm də uzun
illər ulu öndər Heydər Əliyevlə çiyin-
çiyinə addımlayaraq ölkəmizin bütün
sahələrinin inkişafında yaxından işti-
rak etmiş, Azərbaycana İlham Əliyev
kimi dünya şöhrətli siyasətçi bəxş et-
mişdir.
Zərifə
xanımın
xalqımızın
qədim adət-ənənələrinin köklərinə
söykənərək dünya sivilizasiyası
incilərinə qovuşan alicənab bir ailədə
dünyaya göz açması, atası-görkəmli
dövlət və elm xadimi Əziz Əliyevlə
anası Leyli xanımın tərbiyəsini alması
onu bütün həyatı boyu müşayiət edən
mənəvi zənginlik dünyasının əsaslı
təməlinə çevrilən amillərdən olmuş-
dur.
Ümummilli lider dahi Heydər
Əliyevin həm Azərbaycanda, həm
keçmiş SSRİ miqyasında, həm də
dünya miqyasında, beynəlxalq aləmdə
əldə etdiyi möhtəşəm uğurlarında,
şübhəsiz ki, Zərifə xanım Əliyeva bö-
yüklüyünün mühüm əhəmiyyəti, mü-
hüm rolu olmuşdur.
Akademik
Zərifə
Əliyeva
bütövlükdə öz parlaq fəaliyyəti ilə
tarix salnaməsinə əbədi həkk olunan
şərəfli və mənalı bir ömür yaşamış-
dır. O, elmin çətin yollarında inamla
irəliləyərək akademiklik zirvəsinə
- tibb elminin ən uca pillələrinə
yüksəlmiş, çox məsuliyyətli, eyni za-
manda gərəkli, ibrətamiz, nümunəvi
bir həyat yolu keçmişdir.
Zərifə Əliyeva 1923-cü il aprel
ayının 28-də Naxçıvan Muxtar Res-
publikası Şərur rayonunun Şahtax-
tı kəndində dünyaya gəlmişdir. O,
dünyaya göz açanda doğma ata yur-
du qədim Azərbaycan torpağı olan
İrəvan, təəssüf ki, artıq ermənilər
tərəfindən işğal olunmuşdu. Məlumdur
ki, 1918-ci ildə Əziz Əliyevin
ailəsi digər azərbaycanlı ailələrlə
birlikdə erməni işğalçıları tərəfindən
İrəvandakı dədə-baba yurdlarından
didərgin salınmışdı və ailə bu təcavüz
nəticəsində bir sıra məhrumiyyətlərlə
üzləşdikdən sonra, nəhayət, Şərur
rayonunda məskunlaşmışdı. Zərifə
xanımın atası Əziz Əliyevin 1917-
1918-ci illərdə Sankt - Peterburqda
Hərbi—Tibb Akademiyasında al-
dığı ali təhsil erməni vandalizminə
görə yarımçıq qalmışdı. Əziz Əliyev
həmin akademiyanın birinci kursu-
nu müvəffəqiyyətlə bitirdikdən sonra
1918-1923-cü illərdə beş il ərzində
Naxçıvanda, Cənubi Azərbaycanda
(Ərəblər kəndində), Şərurda məcburi
köçkünlük həyatı yaşayaraq, əzablı
yollardan keçmişdir. Lakin ruhdan
düşməmiş, dəmir iradəsini, bilik və
bacarığını səfərbər edərək həkim
köməkçisi vəzifəsində çalışmış,
dözülməz ağır illərdə bu yolla xalqına
əvəzsiz yardımlar etmişdir. 1923-cü
ildə Naxçıvan Muxtar Respublika-
sının rəhbərliyi Əziz Əliyevin bilik
və bacarığını, istedadını nəzərə ala-
raq, onun Bakıya getməsini, orada
ali tibb təhsilini davam etdirməsini
məsləhət görmüşdü. Elə həmin ildə
Əziz Əliyevin ailəsi Bakıya köçmüş
və o, təhsilini Bakı Universitetinin
tibb fakültəsində davam etdirmişdir.
Ona görə də Zərifə xanımın həyatının
sonrakı mərhələləri Bakı şəhəri ilə
bağlı olmuşdur.
Zərifə xanım 1942-ci ildə orta
məktəbi əla qiymətlərlə bitirdikdən
sonra atasının həkimlik sənətini da-
vam etdirmək arzusunda olduğundan
sənədlərini Azərbaycan Dövlət Tibb
İnstitutuna təqdim etmiş və elə həmin
il institutun müalicə-profilaktika
fakültəsinə daxil olmuşdur. Onun-
la bir qrupda, eyni kursda oxuyan
məzunların xatirələrində qeyd edil-
diyi kimi, Zərifə xanım fitri istedada,
dərin zəkaya, geniş dünyagörüşünə,
yüksək mədəni səviyyəyə malik
təvazökar bir tələbə olmuşdur. O,
tibbi fənlərlə yanaşı, digər fənlərin
də tədrisinə eyni dərəcədə maraq
göstərir, hərtərəfli biliyə malik həkim
kimi formalaşırdı. Hələ tələbəlik
illərindən tibb elminin öyrənilməsinə
sonsuz həvəs göstərdiyindən tibb ins-
titutunda keçirilən tələbə elmi top-
lantılarında elmi məruzələrlə çıxışlar
edirdi.
Görkəmli oftalmoloq-alim məzunu
olduğu və özü üçün “Alma mater”
hesab etdiyi Azərbaycan Dövlət
Tibb İnstitutunu (indiki Azərbaycan
Tibb Universiteti) bitirdikdən son-
ra da onu heç vaxt unutmamış,
onunla daim sıx əlaqə saxlamışdır.
Azərbaycan Tibb Universiteti məhz
belə layiqli məzunları ilə fəxr edir,
öyünür, onların nailiyyətləri ilə uca-
lır, yüksəlir. Azərbaycan Tibb Uni-
versitetinin oftalmologiya kafedrası-
nın əməkdaşları böyük iftixar hissilə
hazırda da özlərini Zərifə xanımın
yetirmələri, onun yaratdığı elmi
məktəbin davamçıları hesab edirlər.
1977-ci ildə görkəmli dövlət və elm
xadimi Əziz Əliyevin N.Nərimanov
adına Azərbaycan Dövlət Tibb İnsti-
tutunda keçirilən 80 illik yubileyində
Zərifə xanımın çıxışı institut kollek-
tivinin qəlbində silinməz izlər bu-
raxmış, xoş xatirələrə çevrilmişdir.
ATU-nun professor-müəllim heyəti,
çoxminli tələbələri bu ali tibb təhsili
ocağının dünya şöhrətli məzunu olan
unudulmaz Zərifə xanım Əliyevanın
xatirəsini həmişə əziz tutur. Bu qoca-
man təhsil ocağında onun xatirəsinə
həsr olunmuş elmi-praktik konf-
ranslar, yubiley gecələri keçirilir.
Azərbaycan Tibb Universitetinin akt
zalının və 11 mərtəbəli tədris binasının
foyesində akademik Z.Ə.Əliyevanın
həyat və fəaliyyətini əks etdirən
foto-guşələr yaradılmışdır. ATU-nun
professor-müəllim heyəti və tələbələri
hər gün bu guşələrin önündən keçərək
görkəmli alimin əziz xatirəsini ehti-
ramla yad edirlər.
Zərifə
xanım
Əliyeva
diplomaqədərki təhsili dövründə
bütün varlığı ilə göz həkimliyinə
- oftalmologiya elminə bağlanmış-
dı və həkimliyin bu çətin, eyni za-
manda çox maraqlı və məsuliyyətli
sahəsi onun diqqətini daha çox cəlb
edirdi. Ona görə də 1947-ci ildə
Azərbaycan Dövlət Tibb İnstitutunu
əla qiymətlərlə bitirdikdən sonra o,
ixtisas seçməkdə çətinlik çəkməmiş
və tərəddüd etmədən oftalmoloq ix-
tisasını seçmişdir. Bununla yanaşı,
ona aydın idi ki, dar ixtisas üzrə ka-
mil mütəxəssis olmaq üçün institut
təhsili kifayət etmir və mütləq bir
neçə il də diplomdansonrakı hazır-
lığa sərf etməlidir. Bu məqsədlə o,
institutu bitirdikdən sonra Moskvaya
getmiş və orada Ümumittifaq Mərkəzi
Həkimləri Təkmilləşdirmə İnstitu-
tunda məşhur alimlərin iş təcrübəsi
ilə yaxından tanış olmuş, praktiki
vərdişlərə yiyələnmiş, oftalmolo-
giya ixtisası üzrə mütəxəssis kimi
təkmilləşmə hazırlığı keçmişdir. İki
ildən sonra Vətənə qayıdaraq, 1949-
cu ildə Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat
Göz Xəstəlikləri İnstitutunda elmi
işçi vəzifəsində çalışmağa başlamış-
dır. Bununla da onun elmi axtarışla-
rının, gələcək müvəffəqiyyətlərinin
təməli qoyulmuşdur. Zərifə xanım
fəaliyyət göstərdiyi Elmi–Tədqiqat
Göz Xəstəlikləri İnstitutunda aspiran-
turaya qəbul olunmuş, elmi axtrarışla-
rı dövründə özünə rahat yollar seçmək
stereotipindən uzaq olmağa çalışmış,
şablonlardan qaçmış, Vətənə, xalqa
həqiqi mənada xeyir verə biləcək ən
çətin sahələrdə özünü sınamağa can
atmış və istəyinə nail ola bilmişdir.
İkinci Dünya müharibəsinin təzəcə
başa çatdığı illərdə, keçmiş SSRİ-nin
bir çox regionlarında olduğu kimi,
Azərbaycanda da traxoma xəstəliyinin
geniş yayılma təhlükəsi yenidən baş
qaldırmışdı və ona qarşı aparılan ara-
sıra mübarizə tədbirləri o qədər də
effektli təsir göstərmirdi. Xalqın sağ-
lamlığının vacibliyini ön plana çəkən
gənc alim ölkəmizi bürümüş yoluxu-
cu göz xəstəliklərinin qarışısını al-
maq və bu xəstəliklərin ləğvinə nail
olmaq üçün yollar axtarırdı. O dövrdə
Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına görə, dünyada 400 mil-
yona qədər insan traxoma xəstəliyinə
tutulmuş, bunun nəticəsində 80 mil-
yon insan kor olmuşdu, çünki traxo-
ma xəstəliyinin müalicəsinə zəmin
yarada biləcək o qədər də güclü
təsirə malik dərman preparatları
hələ mövcud deyildi. Müharibədən
yenicə çıxmış ölkənin iqtisadi-si-
yasi durumu da qənaətbəxş olma-
dığından ümumi vəziyyətin nikbin
qiymətləndirilməsinə əsas verən sti-
mul belə yox idi. Bu kimi problemlərlə
üzləşən gənc tədqiqatçı Zərifə xa-
nım Əliyeva ruhdan düşməyərək
axtarışlarını davam etdirmiş, əsl
vətəndaş mövqeyində dayanaraq,
get-gedə ölkə daxilində yayılmaqda
olan traxoma xəstəliyinin qarşısını
almaq üçün diaqnostika, müalicə və
profilaktika üsullarının kompleks
şəkildə tətbiqi istiqamətində mühüm
tədbirlər planı hazırlamış və həyata
keçirməyə başlamışdır. Onun başlıca
məqsədlərindən biri də Azərbaycanda
traxoma xəstəliyinin müalicə və pro-
filaktikasını vaxtında və yetərincə
həyata keçirməkdən, bu prosesin elmi
istiqamətlərini
müəyyənləşdirərək
səhiyyə praktikasına tətbiqini reallaş-
dırmaqdan ibarət olmuşdur.
Tarixi faktlar göstərir ki, keçən
əsrin 30-40-cı illərində də Zərifə xa-
nımın atası Əziz Əliyev Azərbaycan
Dövlət Tibb İnstitutunun rekto-
ru olduğu dövrdə və ondan sonra-
kı illərdə xüsusi komissiya təşkil
edərək Azərbaycanda tüğyan edən
malyariya, traxoma, vərəm və s.
kimi infeksion xəstəliklərə qarşı
mübarizədə əsl fədakarlıq göstərmiş,
belə xəstəliklərin yayılmasının qarşı-
sının alınmasında fəal iştirak etmiş-
dir. Sonralar XX əsrin 40-cı illərinin
əvvəllərində Əziz Əliyev başqa vəzifə
yerinə yetirdiyinə görə bu sahə bir
qədər zəifləmişdi. Lakin ötən əsrin
50-ci illərində Azərbaycan miqyasın-
da epidemiya qorxusu olan traxoma
xəstəliyinin diaqnostikası, müalicə və
profilaktikası kompleks şəkildə Zərifə
xanım Əliyeva tərəfindən yerinə ye-
tirmişdir ki, bu da onun atası Əziz
Əliyevin yaxın keçmişdə başladığı
xeyirxah işlərin davamına çevrilmiş-
dir.
Traxoma ilə əlaqədar ölkədəki real
vəziyyəti əyani olaraq müşahi də etmək
üçün Zərifə xanım Azər baycanın bü-
tün rayonlarına gedərək, xəstəliyin
regional lokallığını müəyyənləşdirir,
epidemioloji xüsusiyyətlərini araş-
dırır, xəstələrə birbaşa öz dəyərli
məsləhətlərini verir, bir sıra digər
göz xəstəliklərinin profilaktikası və
müalicəsi haqqında maarifləndirici
söhbətlər keçirirdi. Alim traxomanın
müalicəsində istifadə edilən mövcud
kütləvi müalicə üsulları ilə yanaşı,
o dövrün güclü antibiotiklərindən
hesab edilən sintomisindən isifadə
etməklə yeni müalicə üsulu tətbiq et-
miş və uğurlu nəticələrə nail olmuş-
du. Dəyərli elmi kəşflərdən sayılan
Z.Ə.Əliyeva üsulunun kompleks pro-
filaktik tədbirlərlə birlikdə praktik
səhiyyədə geniş tətbiqindən sonra
traxoma xəstəliyinin müalicəsində
əsaslı dönüş yaranmış, xəstəliyin ya-
yılmasının qarşısı alınmış və bu da
tədricən traxomanın ləğvinə gətirib
çıxarmışdır. Beləliklə, gənc oftal-
moloqun fədakar zəhmətsevərliyi
sayəsində yerinə yetirilən tibbi
tədbirlər əhalinin dünya işığından
məhrum olmasının, onların əlilliyə
düçar olaraq əmək qabiliyyətini
itirmələrinin, çarəsizlikdən kütləvi
depressiya vəziyyətinə düşmələrinin
qarşısını almışdır. Yalnız bundan son-
ra Zərifə xanım bu mövzu ətrafında
dissertasiya müdafiəsi etməyə qərar
vermiş və 1959-cu ildə sərbəst surətdə
yerinə yetirdiyi elmi istiqamətlərin
nəticələrinə əsasən “Traxomanın
digər terapiya üsulları ilə birlikdə
sintomitsinlə müalicəsi” mövzu-
su üzrə namizədlik dissertasiyası
müdafiə edərək tibb elmləri namizədi
elmi dərəcəsinə layiq görülmüşdür.
Zərifə Əziz qızı apardığı elmi-
tədqiqat işlərinin nəticələrinə görə
daim elmi ictimaiyyətin diqqət
mərkəzində olmuş və 1960-1967-
ci illərdə Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat
Oftalmologiya İnstitutunda bö-
yük elmi işçi vəzifəsində çalışaraq,
fəaliyyət göstərdiyi elm ocağında of-
talmologiya elminin bütün sahələrinin
inkişafına yaxından kömək göstərmiş,
bu istiqamətin tərəqqisinə öz dəyərli
töhfələrini
vermişdir.
Alimin
xidmətləri yüksək qiymətləndirilmiş
və SSRİ Ali Attestasiya Komissiyası
1963-cü ildə Moskvaya göndərilmiş
təqdimat əsasında onun oftalmologiya
ixtisası üzrə “Böyük elmi işçi” elmi
adını təsdiq etmişdir.
Zərifə xanım göz xəstəliklərinin di-
aqnostika, müalicə və profilaktikasını
düzgün təşkil etməklə yanaşı, yeni
laboratoriyalar yaradır, insan sağlam-
lığı amilini daim ön plana çəkirdi. O,
yalnız Bakı şəhərində deyil, həmçinin
Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir,
Əli Bayramlı (indiki Şirvan), Salyan
və respublikanın digər şəhər və rayon-
larında zərərli iş şəraitlərinin törətdiyi
göz xəstəliklərini, eləcə də digər
xəstəlikləri aşkar edir, həm xəstələrin
müalicəsinə, onların iş yerlərində möv-
cud olan mənfi təsirlərdən qorunma-
larına, həm də əmək müəssisələrinin
ekologiyasına hərtərəfli diqqət yeti-
rir, onlarda ekoloji prinsiplərə riayət
edilməsi konsepsiyalarının həyata
keçirilməsi yollarını göstərirdi. Bu-
nunla da o, peşə amillərinin törətdiyi
göz xəstəliklərinin və bütövlükdə, or-
qanizmi tam şəkildə müalicə edərkən,
təkcə görkəmli alim-oftalmoloq kimi
deyil, həmçinin fədakar alim-ekoloq
kimi də şöhrət qazanmışdır. Zərifə
xanım ölkəmizdə ilk dəfə olaraq həm
oftalmologiyanın peşə etiologiyalı
xəstəliklərinin diaqnostika, müalicə
və profilaktikasının, həm də ekoloji
təmizlik ideyasının əsasını qoymuş,
bu ideyanın praktik səhiyyədə həyata
keçirilməsinə nail olmuşdur. Keç-
miş SSRİ dövründə peşə amilli göz
xəstəliklərinin diaqnostikası, müalicə
və profilaktikasında çox böyük uğur-
lar qazanan Zərifə xanım Əliyeva
Dostları ilə paylaş: